Çap

Sərdar Yusifoğlu: “Amerika və Avropa ölkələrində təhsil alan gənclərimizlə görüşdə İlham Əliyevə səs verməyə çağırış etdi”

Tarix . Kateqoriya Müsahibələr

sardar usa

 

Ölkəmizdə yaşayan vətəndaşlarla yanaşı, xaricdə təhsil alan tələbələrimizin də seçkidə iştirakı vacibdir. Bunun üçün aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatları qarşıdan gələn növbəti prezident seçkiləri ilə bağlı təbliğat və təşviqat işləri aparırlar. Bu baxımdan “Gəncliyin Elmi Mədəni İnkişafı” (GEMİ) İctimai Birliyi tərəfindən də xaricdə təhsil alan tələbələrimizin seçki fəallığının artırılması üçün onlarla görüşlərin keçirilməsi və maarifləndirməsi tədbirləri həyata keçirilir.

GEMİ İB-nin mətbuat xidmətinə müsahibə verən  GEMİ İB-nin sədri Sərdar Yusifoğlu qeyd etdi ki, görüşlərin əsas məqsədi xaricdəki həmvətənlərimizin seçkidə iştirakını asanlaşdırmaqdır: “Bildiyimiz kimi, “GEMİ” dünyanın 12-dən çox ölkəsinə tələbələr göndərir. Bizim bakalavr, magistratura və doktorantura üzrə, həmçinin xarici dili öyrənmə kursları, habelə müxtəlif sahələr üzrə təcrübələrin artırılması proqamları üzrə xaricdə təhsil alan tələbələrimiz var. Artıq illərdir ki, bu proses davam etməkdədir. Və bizim təşkilatın İdarə Heyəti tərəfindən bu dəfə belə bir təşəbbüs irəli sürüldü ki, Təşkilat Sədri özü şəxsən xaricdə yaşayan vətəndaşlarımızla görüşlər keçirsin və onları qarşıdan gələn prezident seçkilərində növbəti dəfə cənab İlham Əliyevə xaricdəki gənc səfirlərimiz olaraq səslərini versinlər.

Çap

Şərəf və ləyaqət toxunulmazdır

Tarix . Kateqoriya Müsahibələr

27
 
Müasir demokratiyada heç bir  insan fikir azadlığından məhrum edilmir. Lakin hər bir fərd cəmiyyətin rəyini, ölkə vətəndaşlarının fikirlərini nəzərə almaqla,şəxsiyyətin şərəf və ləyaqətini alçatmamaqla öz rəyini bildirməlidir.
 
Bu gün, informasiya zənginliyi dövründə insanın şərəfinin qorunması,şəxsi həyatın toxunulmazlığı qədər xüsusi əhəmiyyət kəsb edir. Demokratiya  və texniki vasitələrin təkmilləşməsi hər hansı bir fərdin barəsində şayiələrin yayılması imkanlarını daha da artırır. Belə vasitələrin qərəzli şəxslərə əlçatan olması  məsələnin müzakirə mahiyyətini aktuallaşdırır.Elə bu səbəbdən böhranlı şəraitdə idarəetmə üzrə mütəxəssis,Milli Məclisə deputatlığa namizəd olmuş Mürsəl Eldaroğluna müraciət etdik ki,bu gün cəmiyyəti narahat edən mövzuya daha peşəkar müstəvidə aydınlıq gətirək və fikrimizi qətiləşdirək.
Çap

Xaricdə təhsil alan tələbələr seçki ilə bağlı maarifləndirilir - Sərdar Yusifoğlu

Tarix . Kateqoriya Müsahibələr

sardar musahibe 2018
 
"Çalışacağıq ki, xarici ölkələrdə - paytaxtdan kənarda təhsil alan gənclərimzin seçkidə iştirakını asanlaşdıraq”.
Ölkə daxilində yaşayan vətəndaşlarla yanaşı, xaricdə təhsil alan tələbələrimizin də seçkidə iştirakı vacibdir. Bunun üçün aidiyyəti Dövlət Qurumları və Qeyri-Hökumət Təşkilatları qarşıdan gələn növbəti prezident seçkiləri ilə bağlı təbliğat və təşviqat işləri aparır. Bu baxımdan "Gəncliyin Elmi Mədəni İnkişafı” (GEMİ) İctimai Birliyi tərəfindən də xaricdə təhsil alan təlbələrimizin seçki fəallığının artırılması üçün maarifləndirmə işləri tam gücü ilə başlamışdır.
GEMİ İB-nin mətbuat xidmətinə müsahibə verən "GEMİ” İB-nin sədri Sərdar Yusifoğlu müsahibəsində qeyd etdi ki, məqsədləri xaricdəki tələbələrimizin seçkidə iştirakını asanlaşdırmaqdır: "Bildiyimiz kimi, "GEMİ” dünyanın təxminən 12 ölkəsinə tələbələr göndərir. Bizim həm bakalvar, həm magistratura, həm doktorantura, həmçinin xarici dili öyrənmə kursları, eləcə də müxtəlif sahələr üzrə təcrübələrin artırılması proqamları üzrə xaricdə təhsil alan tələbələrimiz var. Artıq bir neçə ildir ki, bu proses baş verir. Və bizim təşkilatın İdarə Heyəti tərəfindən belə bir təşəbbüs irəli sürüldü ki, öz hesabımıza bu tələbələrin seçki ilə bağlı maarifləndirilməsinə kömək olaq. Bizim xaricdəki bir çox səfirliklərimiz sözügedən ölkələrin paytaxtında yerləşir. Paytaxtdan uzaq şəhərlərdə təhsil alan tələbələrimizin isə seçkiyə gəlməsi üçün vaxt və maliyyə çətinlikləri ola bilər. Ona görə biz qərara gəldik ki, paytaxtdan kənarda təhsil alan gənclərimzin seçkidə iştirakını asanlaşdıraq. Eyni zamanda onların səfirliklərlə əlaqələrini daha da möhkəmləndirək. Əvvəlcə Amerika, Almaniya, İsveçrə və Ukraynadakı səfirliklərimizlə danışıqlar aparacağıq. Biz xahiş edəcəyik ki, tələbələrin səsvermə ilə bağlı hər hansı çətinliyi yaranarsa, onlara operativ şəkildə köməklik göstərilsin”.
Çap

Gənclər təşkilatları ayağa qalxdı: "Dünya birliyi Alxanlı faciəsinə laqeyd qalmamalıdır"

Tarix . Kateqoriya Müsahibələr

sardar gemi 2017

 

Erməni silahlı birləşmələri tərəfindən Alxanlı kəndinin artilleriya atəşinə tutulması və ikiyaşlı Zəhranın da bu atəş nəticəsində həlak olmasından sonra, Azərbaycan ictimaiyyəti ayağa qalxdı.

Bu istiqamətdə gənclər təşkilatları da öz etiraz səslərini ucaltdılar.

Məsələ ilə bağlı OTV-yə danışan Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvü, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin (GEMİ) sədri Sərdar Yusifoğlu bildirdi ki, baş verən hadisə həqiqətən də dəhşətli bir faciədir.

“Bu hərbi cinayətə səssiz qalmaq mümkün deyil. Biz əlimizdə olan bütün vasitələrlə öz etirazımızı bildirmiş, xarici dillərdə etiraz məktubları hazırlayaraq, müxtəlif beynəlxalq təşkilatların elektron poçtlarına göndərmişik. Müxtəlif ölkələrdə təhsil alan Azərbaycan gəncləri, əlaqədə olduğumuz fəal diasporçular da bu məsələyə biganə yanaşmadı. Hesab edirik ki, xalqımız Alxanlıda baş verən cinayətlər barədə öz səsini ucaltmalı, birliyini göstərməlidir”, - deyə S.Yusifoğlu bildirdi.

Çap

GƏNCLƏR TƏŞKİLATLARI VERGİ MƏCƏLLƏSİNƏ EDİLMİŞ DƏYİŞİKLİKLƏRLƏ BAĞLI SEMİNARDA İŞTİRAK EDİBLƏR

Tarix . Kateqoriya Müsahibələr

sardar seymur

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə şuranın üzvü olan gənclər təşkilatlarının rəhbərlərinin və maliyyə sahəsində çalışan əməkdaşların Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə məlumatlandırılması məqsədilə yanvar ayının 31-də Vergilər Nazirliyində seminar keçirilmişdir. Gemi.az xəbər verir ki, seminarda 40-a yaxın gənclər təşkilatının nümayəndələri iştirak etmişdir.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə ictimaiyyətin, o cümlədən də gənclər təşkilatlarının nümayəndələrinin diqqət və marağının müsbət qiymətləndirildiyini deyən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva bildirmişdir ki, ötən il iqtisadi sahədə aparılmış ardıcıl və intensiv islahatların  tərkib hissəsi kimi vergi qanunvericiliyi də təkmilləşdirilmişdir. İslahatları qruplaşdırsaq, qanuna edilən dəyişikliklər daha çox bu istiqamətləri əhatə edir:

 

· vergi yükünün azaldılması;

· vergi uçotunun və sahibkarlar arasında aparılan əməliyyatların uçota alınması prosesində şəffaflığın artırılması;

· vergi qanunvericiliyinin bey­nəlxalq təcrübəyə uyğunlaşdırılması;

· vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi;

· vergi yoxlamalarının sadələşdirilməsi;

· vergi ödəyicilərinin mənafelərini müdafiə edən normaların qəbul olunması və s.

Çap

Korla görən adam bir olurmu?

Tarix . Kateqoriya Müsahibələr

fuad mamedov2

İslamı gözdən salan amillər.

Çox əfsuslar olsun ki, dünyada islamla bağlı mənfi təbliğat gedir. İslam aləmində cahillik, siyasi dartışmalar və qərb tərəfindən maliyələşdirilən terror təşkilatları təkcə islamın imicinə zərbə vurmur. Eyni zamanda terror insanlıq üçün böyük təhdidə çevrilib. Azərbaycan islam aləminin bir parçası olduğundan gənclərimiz islam xurafatının, ekstremist təriqətlərərinin təsiri altına düşür. 
Bununla mübarizə üçün ən düzgün yol cəmiyyətdə elmin, təhsilin və maarifin inkişaf etdirilməsidir. Elm və təhsil cəmiyyətdə tək elm institutlarında deyil, eyni zamanda dini xadimlər tərəfindən də təbliğ olunmalıdır. Çünki islamin özündə elmə çox önəm verilir. Əslində bu problemli təriqətlərin gəncləri seçməsi heç də təsadüfü deyil. Çünki hər bir gənc özünü dərk etdikdən sonra dünya görüşünü artırmaq və həyatda öz yerini tapmaq üçün onu düşündürən suallara cavab axtarmağa başlayır. Əfsuslar olsun bir çox zaman gənclər bu sualları fəlsəfə, kulturalogiya, astronomiya və başqa elmlərdə deyil, onları zombiləşdirən dini təriqətlərdə axtarmağa başlayırlar. Bu halların vüsət artması ilə islamın əsl mahiyyətini kölgədə qoyur. 
Gemi.az xəbər verir ki, İnterpress.az saytı cəmiyyətimizi narahat edən bəzi suallarla  ilə əlaqədar İdarəçilik Akademiyyasının proffesoru, kulturoloq Fuad Məmmədova müraciət edib.

Çap

“Azərbaycanda ali təhsil vaxt itkisinə çevrilib”

Tarix . Kateqoriya Müsahibələr

sardar gemi

Sərdar Yusifoğlu: “Şirkətlərdə min manat maaş alan İKT mütəxəssisi universitetdə saatı 3 manata dərs deyərmi?”

“Azərbaycandakı müəllimlərin əksəriyyəti öz ixtisaslarına, lazımi kriteriyalara cavab vermirlər”. Gemi.az xəbər verir ki, bunu Qafqaznews.az-a “Gənclərin Elmi-Mədəni” İctimai Birliyinin sədri, təhsil eksperti Sərdar Yusifoğlu bildirib. Təhsil naziri Mikayıl Cabbarovun bu yaxınlarda ölkə mətbuatına verdiyi müsahibəni şərh edərkən, Sərdar Yusifoğlu deyib ki, həqiqətən də, son 3 ildə Azərbaycan təhsilində müəyyən dirçəlişlər, islahatlar hiss olunur.

Çap

''Mən Azərbaycan prezidentinin apardığı siyasəti dəstəkləyirəm''

Tarix . Kateqoriya Müsahibələr

mnbv 
 
Gemi.az  “İNTER-SEVER”  kompaniyasının prezidenti, Dünya Azərbaycanlıları İttifaqının sədri, Dünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədovla müsahibə dərc edib. Müsahibəni təqdim edirik:
- Prezidenti olduğunuz “İNTER-SEVER” şirkəti hansı ölkələrdə fəaliyyət göstərir, əsas biznes işi nədən ibarətdir?
 
- Mənim əsas biznes fəaliyyətim “İNTER-SEVER” kompaniyasındadır. Hansı ki, mən bu kompaniyanı 1990-cı ilin iyununda yaratmışam və o zamandan şirkətin prezidentliyəm. Bizim kompaniya əsasən ofis icarəsi, kiçik yenidənqurma işləri, tikinti investisiyası istiqamətində ixtisaslaşıb. “İNTER-SEVER” əsasən Rusiya və İtaliyada fəaliyyət göstərir. Lakin baş ofisimiz Moskvadadır.
- Prezidenti olduğunuz “Frenk Fond”u fəaliyyət göstərirmi, əgər göstərirsə, konkret hansı istiqamətdə və hansı şəhərlərdə?
Çap

Fərid Şahbazlı: "Hər şeyi universitetlərin vicdanına buraxmamalıyıq"

Tarix . Kateqoriya Müsahibələr

  feridsahbazli

 Fərid Şahbazlı: "Hər şeyi universitetlərin vicdanına buraxmamalıyıq"

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri(İGİB), İstanbul Aydın Universiteti Beynəlxalq Tələbələr Birliyinin rəhbəri Fərid Şahbazlı Təhsil nazirliyi və millət vəkillərinə yönəlik təkliflə çıxış edib. O, bildirib ki, gənclər millət vəkillərindən elm və təhsil haqqında qanunlar müzakirə olunan zaman Azərbaycanda bu sahələrin inkişafı, beynəlxalq standartlar səviyyəsinə yüksəlməsi üçün daha çox innovativ təkliflərlə çıxış etmələrini xahiş edirlər.

Gemi.az-ın  Aktual.az-a istinadən verdiyi məlumata görə,Birliyin sədri qeyd edib ki, məsələn, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası ilə bağlı müvafiq hüquqi bazanın hazırlanması artıq bir qaçılmaz zərurət halına gəlib: "Hazırda Azərbaycanda ölkəmizin potensialından qat-qat aşağı sayda xarici tələbə təhsil alır. Halbuki ölkəmizdə daha çox xarici tələbənin təhsil almasının həm iqtisadi, həm də olduqca mühüm strateji əhəmiyyəti var.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə