“Xaricdə təhsil alan gənclərimiz gördükləri yenilikləri ölkəmizə gətirmək potensialına sahibdirlər”
Rəsul Məmmədov:“Xaricdə təhsil alan hər bir azərbaycanlı gənc, ölkəmizin tarixi həqiqətlərini dünyaya çatdıran təbliğat maşınıdır”
Son zamanlar Polşada təhsil alan gənclərimiz də öz elmi və ictimai fəaliyyətləri ilə diqqəti çəkirlər. Elə müsahibimiz Rəsul Məmmədov da Polşada bu baxımdan aktiv gənclərimizdəndir. Qeyd edək ki, R.Məmmədov Bakı şəhərində anadan olub. Hazırda Varşava Universitetində "Maliyyə, investisiya və mühasibat" ixtisası üzrə təhsil alır. Polşaya getdikdən dörd ay sonra orada ictimai fəaliyyətə başlayıb; 20 Yanvar, Xocalı soyqırımının tanıdılması istiqamətində müxtəlif işlər görüb. Həmçinin digər tədbirlərdə də iştirak edib. Hazırda isə Polşada fəaliyyət göstərən "Polşada Azərbaycanlı Gənclər Şurası"nda sədr müavini vəzifəsini icra edir.