Çap

“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb

Tarix . Kateqoriya Xəbərlər

axc 100 logo

Azərbaycan prezidentinin müvafiq Sərəncamlarına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, loqotipin müəllifi Zaur Həmzəyevdir.

Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcə də, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunmaq üçün nəzərdə tutulub.

Çap

Prezident İlham Əliyev Ramiz Mehdiyevi "Şöhrət" ordeni ilə təltif edib

Tarix . Kateqoriya Xəbərlər

ramiz mehdiyev

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 16-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib, onu dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib. 

 

Gemi.az-ın APA-ya istinadən xəbərinə görə, Ramiz Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Çap

Turizm və Menecment Universitetinə yeni prorektor təyin olunub

Tarix . Kateqoriya Xəbərlər

turizm ve menecment universiteti

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin  əmri ilə Anar Nazim oğlu Eminov Azərbaycan Turizm və Menecment Universitetinin Elm və İnkişaf məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Gemi.az-ın APA-ya istinadən məlumatına görə, nazirliyin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev və Elm sektorunun müdiri  Vüqar Məmmədovun iştirakı ilə Anar Eminov kollektivə ATMU-da prorektor kimi təqdim edilib.

 

A. Eminov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq ticarət” ixtisası üzrə bakalavr dərəcəsindən fərqlənmə diplomu ilə məzun olub, 2004-2006-cı illərdə Türkiyə Respublikası Doqquz Eylül Universitetinin Sosial Elmlər İnstitutunda “Beynəlxalq biznesin idarə olunması” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib. 2000-ci ildə universitetlər arası Riyaziyyat olimpiadasında birinci yerə layiq görülüb. Anar Eminov, 2007-2011-ci illərdə Qərb Universitetinin “Hüquq” fakültəsində “hüquqşünas” ixtisası üzrə əlavə (ikinci) ali təhsil alaraq “hüquqşünas” ixtisasına yiyələnib.

Çap

Prezident: "Mən həmişə Azərbaycan xalqının dəstəyinə arxalanmışam"

Tarix . Kateqoriya Xəbərlər

gemi.az ilham aliyev

Dünən  Heydər Əliyev Mərkəzinin qarşısında aprelin 11-də keçirilmiş prezident seçkilərində qazanılmış qələbə münasibətilə konsert proqramı keçirilib. Gemi.az  Apa-ya istinadən məlumat verir ki, tədbirdə seçkilərdə qələbə qazanmış İlham Əliyev və onun ailə üzvləri də iştirak edib.  Tədbirdə İlham Əliyev çıxış edib.

 

O, tədbir iştirakçılarını salamlayaraq, seçkidə dəstək göstərən seçicilərə təşəkkürünü bildirib:  “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim. Azərbaycan xalqı dünən seçimini etdi, bir daha bizim siyasətimizə səs verdi. Sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır, Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq ölkədir, daxili vəziyyətimiz sabitdir" İlham Əliyev bildirib ki, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, bütün azadlıqlar təmin olunur.

Çap

DİM aprelin 15-də ikinci sınaq imtahanını keçirəcək

Tarix . Kateqoriya Xəbərlər

DIM 4

 

Dövlət İmtahan Mərkəzi  I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 15-də Respublikanın 18 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.

 

Gemi.az  APA-ya istinadən xəbər verir ki, imtahanlar Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Qax, Bərdə, Göyçay, İsmayıllı, Şirvan,  Saatlı, Lənkəran, Cəlilabad, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 45 binada təşkil olunacaq. 

 

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23124 abituriyent qeydiyyatdan keçib.

Çap

Prezident seçkilərinin nəticələri açıqlandı

Tarix . Kateqoriya Xəbərlər

news 20180411111157

Aprelin 11-də keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsinin hamısı hesabat verib.

Gemi.az-ın Oxu.az-a istinadən məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib.

MSK sədri deyib ki, 3 milyon 962  min 123 bülletendən 3 milyon 962 min 96 bülleten sayılıb. Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Qüdrət Həsənquliyev 3,02  faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38  faiz, Fərəc Quliyev 1,17  faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb.

Çap

İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Tarix . Kateqoriya Xəbərlər

Ilham Aliyev 160112

Prezident İlham Əliyevin müraciəti

-Əziz həmvətənlər.

Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm.

Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq.

Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik.

Çap

MSK sabah gün ərzində beş dəfə məlumat açıqlayacaq

Tarix . Kateqoriya Xəbərlər

msk

Sabah - aprelin 11-də Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar səsvermə keçiriləcək. 

Gemi.az-ın Oxu.az-a istinadən xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində beş dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19.00) ilkin məlumatları açıqlayacaq.

Səsvermə günü hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

MSK səkkiz nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Çap

Azərbaycanda əhalinin sayı artıb

Tarix . Kateqoriya Xəbərlər

image baku

Аzərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

Gemi.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin əvvəlindən ölkə əhalisinin sayı 13 387 nəfər, yaxud 0,1% artaraq 2018-ci il mart ayının 1-i vəziyyətinə 9 911 472 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,9%-i şəhər, 47,1%-i kənd sakinlərinin, 49,9%-i kişilərin, 50,1%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 23331, yaxud hər gün təxminən 395, saatda isə 16 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib.

Çap

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

Tarix . Kateqoriya Xəbərlər

dim 2018

Dövlət İmtahan Mərkəzi aprelin 15-də keçiriləcək imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib.

Gemi.az xəbər verir ki, bu haqda DİM-dən Oxu.Az-a verilən məlumatda bildirilib. 

Məlumata əsasən, imtahan iştirakçıları “imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 15-də:

– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə