Çap

Azərbaycanlılar Kiyevə səfər edənlər arasında liderlik edir

Tarix . Kateqoriya Xəbərlər

8a6970a9 5190 4f88 90f6 fd38a407968e

Ukrayna paytaxtına səfər edən azərbaycanlıların sayı artır. Bununla yanaşı, Azərbaycan hələlik liderlər siyahısında mövqeyini dəyişə bilməyib. 

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Sərhəd Xidməti məlumat yayıb. 

Kiyevə tez-tez səfər edən turistlərin gəldiyi 10 ölkənin adı üç ildir ki dəyişməz olaraq qalır: Belarus, İsrail, ABŞ, Almaniya, Türkiyə, Böyük Britaniya, Azərbaycan, İtaliya, Fransa və Gürcüstan. 

Çap

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Tarix . Kateqoriya Xəbərlər

10770

Bu il 91 min 498 nəfər ixtisas seçimində iştirak edəcək.

Gemi.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu gün günorta saatlarında universitetlərə ixtisas seçimi başlayacaq:

“Builki qəbul imtahanlarında 74 438 nəfər iştirak edib. Ümumilikdə 91 498 nəfər ixtisas seçimində iştirak edəcək. Onlardan bəziləri V ixtisas qrupuna sənəd verənlərdir.

Çap

Universitet seçimində nəzərə alınmalı yeddi vacib məqam

Tarix . Kateqoriya Xəbərlər

The First Few Weeks Of University Life

İmtahanların başa çatması ilə bütün abituriyentlər üçün ixtisas seçimi mərhələsi başlayır.

Universiteti və ixtisas seçimi gələcək həyatınızı istiqamətləndirəcək çox vacib məqamdır. Bütün bunları nəzərə almaqla, uğurlu ixtisas seçiminizə kömək edəcək vacib məqamları sizin üçün seçdik.

Universitet seçimində nəzərə alınması vacib olan yeddi məqamı təqdim edir.

Tətbiqi təhsilin əhəmiyyəti

Nəzəri dərslər oxuyacağınız ixtisas və peşə haqqında geniş məlumat verir. Lakin məzun olduqdan sonra sizi iş dünyasına hazırlayan əsas mərhələ tətbiqi, yəni praktiki təhsildir. Praktika sizi iş dünyasına aparan yolun əsasını təşkil edir.

Keyfiyyətli tətbiqi təhsil almaq üçün seçəcəyiniz universitetin imkanlarına baxın. Görün, seçəcəyiniz universitetin intensiv şəkildə istifadə etdiyi laboratoriya və ya universitetin sənaye müəssisələri ilə əməkdaşlığı mövcuddurmu?!

Çap

II və III qruplar üzrə qəbul imtahanı keçirilir

Tarix . Kateqoriya Xəbərlər

StandardizedTesting

Bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir. 

Gemi.az-ın Oxu.az-a istinadən məlumatına görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 61 binada aparılacaq. İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2585 nəzarətçi-müəllim cəlb olunub.

İmtahanda 31904 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14993 abituriyent II qrup üzrə, 16911 abituriyent III qrup üzrə imtahan verəcək.

Çap

İmtahanların nəticələri açıqlandı: 15 nəfər 700 bal topladı

Tarix . Kateqoriya Xəbərlər

images

Dövlət İmtahan Mərkəzi iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini iyulun 20-də elan edib.

Gemi.az Oxu.aza istinadən verir ki, DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün sənəd vermiş 26332 abituriyentdən 873 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

Çap

İmtahanların nəticələri açıqlandı: 15 nəfər 700 bal topladı

Tarix . Kateqoriya Xəbərlər

images

Dövlət İmtahan Mərkəzi iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini iyulun 20-də elan edib.

Gemi.az Oxu.aza istinadən verir ki, DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün sənəd vermiş 26332 abituriyentdən 873 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

Çap

Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçirilir

Tarix . Kateqoriya Xəbərlər

How to Apply for the PMP Exam in 13 Easy Steps

 

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

 

DİM-dən APA-ya verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 49 binada aparılacaq.

 

İmtahanda 26332 abituriyentin (I qrup üzrə - 21734 abituriyent, IV qrup üzrə - 4598 abituriyent) iştirakı gözlənilir.

Çap

İmtahanların nəticələri məlum olub

Tarix . Kateqoriya Xəbərlər

dreamstime l 194551721 1

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da keçirilən dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərin nəticələri barədə məlumat yayıb.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 1231-i ali təhsil müəssisələrinə qəbul olunub. 

Bu şəxslərdən 492-si imtahandan uğurla keçib.

Çap

İlham Əliyev Aİ Şurasının rəhbəri ilə görüşüb

Tarix . Kateqoriya Xəbərlər

15313017422101623311 1000x669

 

Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqıŞurasının prezidenti Donald Tusk ilə görüşüb.

Gemi.az-ın Apa-ya istinadən məlumatına görə, görüşdən sonra “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimi olub.

Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşü zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Prezident İlham Əliyev münaqişənin hazırkı vəziyyəti barədə məlumat verib.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəyə malik olduğunu qeyd edib.

Çap

Əli Həsənov: “Milli maraqlara təhlükə yarandıqda hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalıdır”

Tarix . Kateqoriya Xəbərlər

ALI HASSANOV

 

“Gəncədə yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafinda daha sıx birləşməsini tələb edir”.

APA-nın xəbərinə görə, bu sözləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook”da yazıb.

Ə. Həsənov statusunda aşağıdakıları qeyd edib:

 

“İyul ayının 3-də axşam Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə bağlı BBC əməkdaşının sualına cavab verərkən, mən ilkin məlumatlardan çıxış edərək söyləmişdim ki, ”bu, icra başçısına qarşı törədilmiş kriminal hadisədir, silahlı basqın olub, başçı və mühafizəçisi xəsarət alıb, hadisəni törədən şəxs yaxalanıb, hüquq-mühafizə orqanları lazımi tədbirləri görürlər”. Belə ağır cinayət hadisələri zamanı müvafiq orqanların rəyi olmadan daha təfsilatlı şərhlə çıxış etməyi düzgün hesab etmədim. Bir dövlət məmuru kimi mənim həmin açıqlamam, əlbəttə ki, dövlətin hadisəni nəzarətə götürdüyü haqqında cəmiyyəti məlumatlandırmaq istəyi ilə əlaqəli olmuşdu. İyulun 6-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı birgə məlumatda baş vermiş cinayətin terror xarakteri, cinayəti törədən Yunis Səfərovun xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi bildirildi. Həm yerli, həm xarici mediada dərc olunmuş materiallarda, sui-qəsdçinin həyat yoldaşının bir neçə dəfə yayımlanmış video müraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi, “sosial zülmə” qarşı etiraz olaraq deyil, məhz Suriyada uğrunda döyüşdüyü “ideallar” naminə - şəriət dövləti bərqərar etmək üçün törətdiyi bəlli oldu.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə