Çap

İlham Əliyev Ərdoğanı təbrik edib

Tarix . Kateqoriya Xəbərlər

tr.yencag.az 2017 05 21 18 47 58

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Gemi.az Oxu.az-a istinadən xəbər  verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı seçkilərdə əldə etdiyi inamlı qələbə münasibətilə təbrik edib. 

Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və inkişafı naminə yeni uğurlar arzulayıb.

Çap

Universitetlərə qəbul üzrə orta ballar açıqlandı - SİYAHI

Tarix . Kateqoriya Xəbərlər

universitetler

2017-2018-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı abituriyentlərin topladığı orta ballar açıqlanıb.

Gemi.az-ın Oxu.az-a istinadən məlumatına görə, Təhsil Nazirliyinin illik hesabatında universitetlərin orta balları yer alıb.

1. Bakı Ali Neft Məktəbi - 678,4

2. Azərbaycan Tibbi Universiteti - 603,1

3. Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - 595,4

Çap

Bu ixtisaslara qəbul olan abituriyentlərə 200 manat əlavə təqaüd veriləcək

Tarix . Kateqoriya Xəbərlər

6345036 445781658

Aqrar yönümlü ixtisasları seçən abituriyentlərə əlavə təqaüd veriləcək.

Gemi.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində Azərbaycan Dövlət Aqrar Uni­ver­­si­tetinin maddi-texniki bazası ən müasir standartlara uyğun yenidən qurulub, iki tələbə evi gənclərin istifadəsinə verilib.

Universitet müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunub.

Çap

Magistratura imtahanının II mərhələsinin nəticələri açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

12 100229 0 112483

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən magistratura imtahanının (II mərhələ) nəticələri açıqlanıb.

Gemi.az Oxu.Az-a istinadən xəbər verir ki, imtahanda iştirak etmiş bakalavrlar DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=15keçidinə daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Çap

Xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına - MÜJDƏ

Tarix . Kateqoriya Xəbərlər

186764075

Dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər. 

Gemi.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Oxu.Az-a bildirilib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər.

Yuxarıda göstərilənlərə uyğun olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanlar vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq dövlət orqanlarına müraciət edə bilərlər.

Çap

Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedəcəklər

Tarix . Kateqoriya Xəbərlər

serbia

Bu gündən Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedə biləcəklər.

Gemi.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə məlumat Serbiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Müvafiq qərar Serbiya hökuməti tərəfindən mayın 24-də qəbul edilib və iyunun 2-də qüvvəyə minib.

Azərbaycan vətəndaşları Serbiya ərazisində 90 günə qədər vizasız qala bilərlər.

Çap

Buraxılış imtahanlarının vaxtı bəlli oldu

Tarix . Kateqoriya Xəbərlər

dim 2018

Buraxılış imtahanlarının vaxtı məlum olub.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, DİM-dən verilən məlumata görə, ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının II mərhələsi və tam orta təhsil bazasında (11-ci sinif) buraxılış imtahanları əvvəlcədən elan olunduğu kimi, 2018‑ci il 21, 27 iyun və 3 iyul tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.

Çap

Azərbaycanda müəllimlərin attestasiyası ləğv olunur

Tarix . Kateqoriya Xəbərlər

1503662403 muell

Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiyası ləğv edilir.

Gemi.az-ın  APA-ya istinadən məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilir.

Yeni bəndə əsasən, “Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər” attestasiya olunmayacaqlar.

Qeyd edək ki, digər dəyişikliklə Azərbaycanda müəllimlərin sertifikasiyası təklif olunur.

Çap

AXC-nin 100 illiyi qeyd olundu

Tarix . Kateqoriya Xəbərlər

100 illik

Mayın 28-də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib.

Gemi.az Oxu.az-a istinadla xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri konsertdə olublar.

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ötən 100 il ərzində respublikamızın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında layiqli yerini tutması ideyası üzərində qurulub.

Çap

Magistr imtahanlarının ikinci mərhələsinin vaxtı açıqlandı

Tarix . Kateqoriya Xəbərlər

mantiya type1

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının 2-ci mərhələsi iyunun 3-də keçiriləcək.

Buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə