Çap

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib

Tarix . Kateqoriya Xəbərlər

oxu gunuu

 

Aprelin 26-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunub.

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, AMEA-nın, Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

Çap

Angela Merkel İlham Əliyevi təbrik edib

Tarix . Kateqoriya Xəbərlər

angela merkel

Almaniya Federativ Respublikasının federal kansleri Angela Merkel Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gemi.az-ın Oxu.az-a  istinadən xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab prezident.

Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Çap

Müəllimlərin işə qəbul qaydası dəyişir

Tarix . Kateqoriya Xəbərlər

shutterstock 303112742

Bu il müəllimlərin və direktorların işə qəbulu qaydalarına dəyişikliklər ediləcək.

Gemi.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbul qaydaları ilə bağlı layihə hazırlanıb, qaydalarda yeniliklərin tətbiqi planlaşdırılır: 

Çap

İlham Əliyevin Türkiyədə rəsmi qarşılanma mərasimi olub

Tarix . Kateqoriya Xəbərlər

turkiye azerbaycan

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezident Sarayında rəsmi qarşılanma mərasimi keçirilib.

Gemi.az-ın Oxu.az-a istinadən xəbərinə görə, İlham Əliyev  türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılanıb.

Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Mərasimdə hər iki ölkənin dövlət himni səsləndirilib.

Rəsmi qarşılanmanın ardınca prezidentlər arasında təkbətək görüşü olacaq.

Çap

AŞPA Donbasın işğalını tanıdı

Tarix . Kateqoriya Xəbərlər

ashpa

Avropa Şurasının Parlament Assambleyasında Ukraynanın Donbas bölgəsinin Rusiya tərəfindən işğalının  tanınması ilə bağlı səsvermə keçirilib.

Gemi.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəbhəri Vladimir Aryov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, AŞPA  Kiyevin “Fövqəladə vəziyyət və insan haqları ilə bağlı konvensiyalardan yayınma” haqqında hesabata etdiyi düzəlişləri qəbul edib.

Çap

İlham Əliyev bir qrup şəxsə fəxri adlar verdi

Tarix . Kateqoriya Xəbərlər

aliyev 267

Prezident İlham Əliyev mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adlar verib

Gemi.az xəbər verir ki, sərəncama əsasən, mədəni irsin qorunması və bərpası sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar memar”

Hüseynova Leyla Qafar qızı

Çap

DİM imtahanın nəticələrini açıqladı

Tarix . Kateqoriya Xəbərlər

exam

“Azərbaycan dili” fənnindən imtahan verən abituriyentlərin nəticələri elan olunub.

Gemi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) Oxu.Az-a məlumat verilib. Aprelin 22-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirilib. 

Bildirilib ki, imtahanın nəticələri aprelin 23-də, saat 15:25-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Çap

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Tarix . Kateqoriya Xəbərlər

nazirler kabineti

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:

1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;

1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov;

1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;

1.5. Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;

Çap

Azərbaycanın yeni baş naziri Novruz Məmmədov olub

Tarix . Kateqoriya Xəbərlər

Novruz Məmmədov 715x400

 

Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov Novruz Məmmədovun fəaliyyətindən danışıb: “O, ən etibarlı və təvazökar məmurdur. Azərbaycan məmurlarına nümunədir”.

 

Gemi.az bu barədə məlumatı APA-ya istinadən verir.

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov da Novruz Məmmədovla bağlı təqdimatı yüksək dəyərləndirərək, onun YAP Siyasi Şurasının üzvü kimi ideal namizəd hesab edərək, eyni zamanda keçmiş baş nazir Artur Rasi-zadəyə Milli Məclis adından təşəkkür elan edilməsini təklif edib.

Çap

Ən arzuolunan vətəndaşlığı olan ölkələr

Tarix . Kateqoriya Xəbərlər

11 15 fransa

Fransa vətəndaşlığı dünyanın ən arzuolunan vətəndaşlığı elan olunub.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, bu haqda “Henley& Partners” konsaltinq şirkəti reytinq cədvəli hazırlayıb.

İlk üçlükdə müvafiq ardıcıllıqla Fransa, Almaniya və İslandiya qərarlaşıb. Siyahıda sonuncu üç yeri İraq, Əfqanıstan və Somali tutur.  

MDB ölkələrindən ən yaxşı nəticəni Rusiya göstərib. Ölkə ötən ilki nəticəni təkrarlayaraq, 63-cü pillədə qərarlaşıb. 

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə