Çap

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub

Tarix . Kateqoriya Xəbərlər

and ichme 2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Milli Məclisdə andiçmə mərasimi keçirilib.

Gemi.az AZƏRTAC-a istinadən xəbər verir ki, andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər.

Prezident İlham Əliyevi müşayiət edən fəxri kortej Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasiminin keçirildiyi Milli Məclisə yola düşdü.

Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar.

Çap

Bayraq Meydanında prezidentin şərəfinə yaylım atəşi açılıb

Tarix . Kateqoriya Xəbərlər

bayraq meydaninda

Aprelin 18-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, fəxri qarovul dəstəsinin rəisi prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı əsgərləri salamlayıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Çap

Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

aliyevv1

Aprelin 18-də Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasimi keçiriləcək.

Gemi.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Qeyd edək ki, bu gün Konstitusiya Məhkəməsi 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiq edib.

Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərinin qalibi olub.

Çap

“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb

Tarix . Kateqoriya Xəbərlər

axc 100 logo

Azərbaycan prezidentinin müvafiq Sərəncamlarına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, loqotipin müəllifi Zaur Həmzəyevdir.

Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcə də, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunmaq üçün nəzərdə tutulub.

Çap

Prezident İlham Əliyev Ramiz Mehdiyevi "Şöhrət" ordeni ilə təltif edib

Tarix . Kateqoriya Xəbərlər

ramiz mehdiyev

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 16-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib, onu dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib. 

 

Gemi.az-ın APA-ya istinadən xəbərinə görə, Ramiz Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Çap

Turizm və Menecment Universitetinə yeni prorektor təyin olunub

Tarix . Kateqoriya Xəbərlər

turizm ve menecment universiteti

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin  əmri ilə Anar Nazim oğlu Eminov Azərbaycan Turizm və Menecment Universitetinin Elm və İnkişaf məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Gemi.az-ın APA-ya istinadən məlumatına görə, nazirliyin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev və Elm sektorunun müdiri  Vüqar Məmmədovun iştirakı ilə Anar Eminov kollektivə ATMU-da prorektor kimi təqdim edilib.

 

A. Eminov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq ticarət” ixtisası üzrə bakalavr dərəcəsindən fərqlənmə diplomu ilə məzun olub, 2004-2006-cı illərdə Türkiyə Respublikası Doqquz Eylül Universitetinin Sosial Elmlər İnstitutunda “Beynəlxalq biznesin idarə olunması” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib. 2000-ci ildə universitetlər arası Riyaziyyat olimpiadasında birinci yerə layiq görülüb. Anar Eminov, 2007-2011-ci illərdə Qərb Universitetinin “Hüquq” fakültəsində “hüquqşünas” ixtisası üzrə əlavə (ikinci) ali təhsil alaraq “hüquqşünas” ixtisasına yiyələnib.

Çap

Prezident: "Mən həmişə Azərbaycan xalqının dəstəyinə arxalanmışam"

Tarix . Kateqoriya Xəbərlər

gemi.az ilham aliyev

Dünən  Heydər Əliyev Mərkəzinin qarşısında aprelin 11-də keçirilmiş prezident seçkilərində qazanılmış qələbə münasibətilə konsert proqramı keçirilib. Gemi.az  Apa-ya istinadən məlumat verir ki, tədbirdə seçkilərdə qələbə qazanmış İlham Əliyev və onun ailə üzvləri də iştirak edib.  Tədbirdə İlham Əliyev çıxış edib.

 

O, tədbir iştirakçılarını salamlayaraq, seçkidə dəstək göstərən seçicilərə təşəkkürünü bildirib:  “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim. Azərbaycan xalqı dünən seçimini etdi, bir daha bizim siyasətimizə səs verdi. Sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır, Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq ölkədir, daxili vəziyyətimiz sabitdir" İlham Əliyev bildirib ki, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, bütün azadlıqlar təmin olunur.

Çap

DİM aprelin 15-də ikinci sınaq imtahanını keçirəcək

Tarix . Kateqoriya Xəbərlər

DIM 4

 

Dövlət İmtahan Mərkəzi  I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 15-də Respublikanın 18 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.

 

Gemi.az  APA-ya istinadən xəbər verir ki, imtahanlar Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Qax, Bərdə, Göyçay, İsmayıllı, Şirvan,  Saatlı, Lənkəran, Cəlilabad, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 45 binada təşkil olunacaq. 

 

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23124 abituriyent qeydiyyatdan keçib.

Çap

Prezident seçkilərinin nəticələri açıqlandı

Tarix . Kateqoriya Xəbərlər

news 20180411111157

Aprelin 11-də keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsinin hamısı hesabat verib.

Gemi.az-ın Oxu.az-a istinadən məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib.

MSK sədri deyib ki, 3 milyon 962  min 123 bülletendən 3 milyon 962 min 96 bülleten sayılıb. Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Qüdrət Həsənquliyev 3,02  faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38  faiz, Fərəc Quliyev 1,17  faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb.

Çap

İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Tarix . Kateqoriya Xəbərlər

Ilham Aliyev 160112

Prezident İlham Əliyevin müraciəti

-Əziz həmvətənlər.

Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm.

Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq.

Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə