Çap

Məktəb direktorlarının işə qəbulu imtahanı başlayıb

Tarix . Kateqoriya Xəbərlər

 

direktor

 

Aprelin 15-də Azərbaycan Dövlət İqtisad Universitetində Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı test imtahanı mərhələsinə start verilib.

 

Gemi.az-ın verdiyi məlumata görə, məktəb direktoru olmaq istəyən namizədlərin üçüncü mərhələdə-imtahanda iştirakı prosesi tam elektronlaşdırılıb. Bütün proseslər xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. Hər namizədə 120 dəqiqə vaxt verilir. Bu vaxtın 90 dəqiqəsi sual-cavab, qalan 30 dəqiqəsi isə esse yazılması üçün nəzərdə tutulur.

Çap

Moskvada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib

Tarix . Kateqoriya Xəbərlər

 

gorushh

 

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Moskvaya səfəri çərçivəsində Rusiyada təhsil alan azərbaycanlı gənclərlə görüşüb. Görüşdə Rusiyanın aparıcı təhsil müəssisələrində oxuyan 50-dən çox tələbə, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları iştirak ediblər. Gemi.az-ın verdiyi xəbərə görə, Nazir gənclərə Azərbaycan ilə Rusiya arasında sıx iqtisadi və humanitar əlaqələrdən, ölkəmizdə son illər iqtisadi və siyasi sahələrdə qazınılan nailiyyətlərdən, rus dilində təhsilin inkişafı və digər mühüm məsələlərdən danışıb. Qeyd edib ki, xarici ölkələrdə, xüsusilə də Rusiyada yaşayan gənclərimiz Azərbaycan dövlətinin siyasətinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin təbliğində mühüm rol oynamalıdırlar.

Çap

Erməni tərəfi yenidən cəbhədə vəziyyəti gərginləşdirir

Tarix . Kateqoriya Xəbərlər

sehid

 Cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən vəziyyəti gərginləşdirməkdə davam edir.
Gemi.az-ın verdiyi məlumata görə, qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Rüstəm Oruc oğlu şəhid olub.

Çap

Veloidman üzrə tələbələrin Respublika çempionatı keçirilib

Tarix . Kateqoriya Xəbərlər

 
veloidman
 Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı, “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının və Təhsil İdman Mərkəzinin təşkilatçılığı ilə Veloidman üzrə tələbələrin Respublika çempionatı keçirilib.
Gemi.az-ın verdiyi məlumata görə, kişi və qadın tələbələr arasında Veloparkda keçirilmış yarışda səkkiz komanda iştirak edib.
Çap

İstanbulda İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub

Tarix . Kateqoriya Xəbərlər

prezidentler

İstanbulda Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Gemi.az-ın verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafı məmnunluqla vurğulandı. Strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olundu. İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin münasibətlərimizin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırıldı. Yüksək səviyyəli görüşlərin əlaqələrimizin

Çap

İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb

Tarix . Kateqoriya Xəbərlər

bosniya

Prezident İlham Əliyev İstanbulda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç ilə görüşüb.

Görüşdə münasibətlərimizin dinamik inkişafından məmnunluq ifadə edildi, qarşılıqlı əlaqələri bundan sonra daha da genişləndirmək üçün yaxşı imkanların olduğu bildirildi. Söhbət zamanı enerji sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Gemi.az-ın verdiyi məlumata görə, Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verdi.

Çap

Təhsil Nazirliyinin təşkilatçılığı ilə KİV-lərə təlim keçirilir

Tarix . Kateqoriya Xəbərlər

telimm

 Aprelin 14-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə nazirliklə əməkdaşlıq edən bir qrup Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün təhsil sahəsinə dair maarifləndirici təlimə start verilib.

Gemi.az-ın verdiyi məlumata görə, təlimdə televiziya kanallarını, qəzetləri və xəbər agentliklərini təmsil edən 25 jurnalist iştirak edir.

Çap

Ağ Evin saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı petisiyada imzaların sayı 100 mini keçib

Tarix . Kateqoriya Xəbərlər

ag

Ağ Evin rəsmi saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılmış petisiyada imzaların sayı 100 mini keçib.

Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumatına görə, “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə” adlı petisiya layihəsində Obama administrasiyasından Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən çıxarılmasına dəstək tələb edilir.

Çap

Beynəlxalq Valyuta Fondu neft proqnozunu yenə dəyişdi

Tarix . Kateqoriya Xəbərlər

fmi

Beynəlxalq Valyuta Fondu (BVF) bu il və 2017-ci il üzrə neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.

Gemi.az-ın Musavat.com-a istinadən verdiyi  xəbərə görə, BVF-nin yeni hesabatında bu il üzrə neftin orta qiyməti 35 dollar/barel, 2017-ci ildə isə 41 dollar/barel olacağı bildirilir.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə