Çap

Mərkəzi Bankın valyuta məzənnələri

Tarix . Kateqoriya Xəbərlər

bank 

Azərbaycan Mərkəzi Bankı (AMB) 1 aprel tarixinə valyuta məzənnələrini açıqlayıb.

Gemi.az-ın Trend-ə istinadən məlumatına görə Mərkəzi Bank xəbər verir ki, aprelin 1-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5238 manat təşkil edir.

Çap

Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başladı

Tarix . Kateqoriya Xəbərlər

erize qebulu

Bu gündən 2016/2017-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayıb. Gemi.az  Apa-ya istinadən məlumat verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən xəbərə görə, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın mü­va­fiq internet səhifəsinə  daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını dol­dururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nöm­rəsinə boş SMS göndər­mək­lə əldə etmək olar.

Çap

İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb

Tarix . Kateqoriya Xəbərlər

 

kerri

Azərbaycan prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşüb.

Gemi.az-ın Apa-ya istinadən məlumatına görə, görüşdən əvvəl dövlət katibi Con Kerri və prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri Birləşmiş Ştatların Azərbaycan ilə güclü və uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, Azərbaycanda gedən iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi proseslərinin ABŞ-da maraqla izlənildiyini vurğulayıb.

Çap

Azərbaycan prezidenti: ”Biz ABŞ-la ikitərəfli əlaqələrimizi yüksək qiymətləndiririk”

Tarix . Kateqoriya Xəbərlər

con keri

”Biz ABŞ-la ikitərəfli əlaqələrimizi yüksək qiymətləndiririk”.

Gemi.az-ın Apa-ya istinadən məlumatına görə, bu sözləri ABŞ-da səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Con Kerri ilə keçirilən press brifinqdə deyib.

O, ilk növbədə ABŞ prezidenti Barak Obamaya Nüvə Təhlükəsizliyi sammitində iştirak etmək üçün etdiyi dəvətə görə təşəkkür edib: “Bu dostluq və tərəfdaşlıq əlamətidir. Mən bizim qarşılıqlı əlaqələrimizi yüksək qiymətləndirirəm. ABŞ Azərbaycan münasibətlərinin uzun 25 illik tarixi var.

Çap

Qızlar oğlanlardan daha savadlıdır - HESABAT

Tarix . Kateqoriya Xəbərlər

Tələbə

Azərbaycanda bütün ixtisas qruplarında qız abituriyentlərin orta bal göstəriciləri oğlan abituriyentlərin orta bal göstəricilərindən yüksəkdir. Bu üstünlük I və IV qruplarda daha qabarıqdır. Belə ki, qeyd olunan qruplar üzrə cari ildə bütün fənnlər üzrə qızların orta balı 385.35, oğlanlarda 369.79-dur.

Gemi.az  Publika.az-a istinadən xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Məlumatda bildirilir ki, cari ilin məzunları arasında ali təhsil müəssisələrinə ümumilikdə qəbul olanların 49.12%-ni (13317 nəfər) oğlanlar, 50.88%-ni (13796 nəfər) qızlar, dövlət sifarişi əsasında qəbul olanların isə 44.41%-ni (4758 nəfər) oğlanlar, 55.59%-ni (5955 nəfər) qızlar təşkil edib.

Çap

TQDK sədri: "Universitetlər təhsil haqqlarında güzəştlər etməlidir"

Tarix . Kateqoriya Xəbərlər

meleyke

 

Özəl ali məktəblər həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər.

Gemi.az  Trend-ə istinadən məlumat verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Özəl ali təhsil müəssisələrinin, əsasən, humanitar və iqtisadiyyat ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirdiyini xatırladan komissiya sədri qeyd edib ki, abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur. Onlar ərizələrinin ilk mövqelərində, əsasən, dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar.

Çap

Rus bölməsinin abituriyentlərinin nəzərinə!

Tarix . Kateqoriya Xəbərlər

sabah qruplari imtahan 3

Ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olmaq istəyən abituriyentlər üçün keçiriləcək “Azərbaycan dili” fənnindən test imtahanında iştirak etmək üçün aparılan qeydiyyat 31 mart saat 23:59-da başa çatır.
Qeyd edək ki, həmin imtahanda iştirak etmək üçün qeydiyyat martın 1-dən 31-dək internet vasitəsilə aparılır.

Çap

İlham Əliyev Misir Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanını qəbul edib

Tarix . Kateqoriya Xəbərlər

misir

Prezident İlham Əliyev Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı Əhməd İbrahim Məhəmməd İbrahimini qəbul edib.

Əhməd İbrahim Məhəmməd İbrahimi Misir Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanın Misirə dost ölkə olduğunu vurğuladı. Misirin ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi.

Çap

Son 11 ildə Azərbaycanda məzunların sayı 35 minə yaxın azalıb

Tarix . Kateqoriya Xəbərlər

33276625

2015-ci ildə ümumtəhsil müəssisələrinin 88366 məzunu olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə görə, son on bir ildə məzunların sayı 34742 nəfər azalıb: "Bu meyl artıq bir neçə ildir ki, müşahidə olunur. Son on bir ildə məzunların sayı 28.22% azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. Amma ötən illə müqayisədə məzunların sayı 3488 nəfər artıb".

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə