Çap

TQDK 48 min abituriyentə xəbərdarlıq edib

Tarix . Kateqoriya Xəbərlər

sinaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 3-də respublikanın 30 şəhər və rayonunda sınaq imtahanları keçirəcək. GEMi.az xəbər verir ki, bu barədə  "Report"a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz, Qazax, Tovuz, Yevlax, Zaqatala, Tərtər, Kürdəmir, İsmayıllı, İmişli, Salyan, Cəlilabad, Quba, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında, ümumilikdə 61 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48 123 abituriyent qeydiyyatdan keçib.

Çap

Hərbi xidmətə çağırılma qaydaları dəyişə bilər

Tarix . Kateqoriya Xəbərlər

defence

“Hərbi xidmət haqqında” əsasnaməyə yenidən baxılacaq.

"Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələr davam etdirildiyindən və bu sahədə gələcəkdə qanunvericilikdə dəyişikliklərin olduğu halda hərbi xidmətə çağırışla əlaqədar “Hərbi xidmət haqqında” əsasnaməyə yenidən baxıla bilər".

Çap

Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərinin nəzərinə!

Tarix . Kateqoriya Xəbərlər

tehsil n

Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərinin nəzərinə!
Təhsil naziri Mikayıl Cabbarov 4 aprel 2016-cı il tarixində saat 11:00-da Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının qərargahında mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edəcək. Qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar

Çap

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti cənab Md. Əbdül Həmidi təbrik etdi

Tarix . Kateqoriya Xəbərlər

ilhammm

Azərbaycan prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının prezidenti Md. Əbdül Həmidə təbrik məktubu göndərib. Məktubda deyilir:

“Hörmətli cənab prezident. Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Çap

Qənirə Paşayeva Əskişəhərdə konfrans verib

Tarix . Kateqoriya Xəbərlər

qenire

Əskişəhər Türk Ocaklarında millət vəkili Q.Paşayeva “Türk dünyasının ortaq acıları və birliyin önəmi” adlı konfrans keçirib. Gemi.az Lent.az-a istinadən  xəbər verir ki, konfransda Əskişəhərin ziyalıları, KİV və QHT nümayəndələri və gənclər iştirak edib.

Qənirə Paşayeva çıxışında Türk kökənli bütün insanlarımızın Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunu vacibliyindən geniş danışılıb. O, çıxışına son günlər Türkiyədə terror hücümları, hadisələri zamanı şəhid olan insanlarımızın ailələrinə və qardaş Türkiyəyə başsağlığı verərək terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq deyib.

Çap

Rusiya və Azərbaycan dollardan imtina edəcək

Tarix . Kateqoriya Xəbərlər

lomonosov

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) Moskva İqtisadi Forumu işə başlayıb.

Gemi.az AzərTac-a istinadən xəbər verir ki, bu il tədbirə dünyanın 16 ölkəsindən 3800 iştirakçı toplaşıb. Forumu giriş sözü ilə Rusiya Elmlər Akademiyası (REA) müxbir üzvü, REA-nın İqtisadiyyat İnstitutunun elmi rəhbəri Ruslan Qrinberq açıb. O, tədbirə toplaşanları salamlayaraq bütün postsovet məkanı və sosialist düşərgəsi ölkələrinin iqtisadiyyatları qarşısında duran məsələləri sadalayıb.

Çap

Mehriban Əliyeva xarici ölkə səfirlərinin xanımları ilə görüşdü

Tarix . Kateqoriya Xəbərlər

mehriban

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıdakı diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.

Gemi.az  Lent.az-a istinadən  məlumat verir ki, Mehriban Əliyeva ölkəmizdə akkreditə olunmuş diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirib.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə