Nişantaşı Universitetinin tanıtım günü keçirilib-FOTO
İyunun 16-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında Türkiyənin Nişantaşı Universitetinin tanıtımı ilə bağlı tədbir keçirildi. Tədbirə Gəncliyin Elmi Mədəni İnkişafı Təşkilatının sədri Sərdar Yusifoğlu qonaqları şəhərimizdə görməyə şad olduğunu qeyd etdi. S.Yusifoğlu təbir iştirakçılarını Qurtuluş Günü münasibəti ilə təbrik etdi və müqəddəs Ramazan ayında oruc tutan hər kəsin niyyətinin qəbul olunmasını arzuladı. Daha sonra GEMİ sədri həyata keçirdikləri müxtəlif layihələrdən və təhsil sahəsində görülən işlərdən danışdı.
Tədbirdə Nişantaşı Universitetinin Beynəlxalq ofis direktoru Ali Barış Yeşilbaş və beynəlxalq ofis mütəxəssisi Yiğithan Ərdoğan iştirak edib. İstanbulda yerləşən Nişantaşı Universiteti 2009-cu ildə yaranmışdır və beynəlxalq səviyyədə təhsil verən bir universitetdir. Hal hazırda İstanbulun 3 fərqli mərkəz bölgəsində Tələbə Yataqxanası var. Kagithane, Osmanbey və Bayrampaşa. Bu ildən etibarən isə Şimali Kipr–Güzelyurt yataqxanası fəaliyyətə başlanacaqdır. Qeyd edək ki, Nişantaşı Universiteti Nişantaşı Eğitim ve Kültür Vakfı tərəfindən qurulmuşdur. Nişantaşı universitetinin məsul şəxsləri universitetin təqaüd, staj ve təhsil proqramları haqqında məlumat verdilər.
Bakalavr üzrə illik təhsil haqqi 7500$, magistratura üzrə illik təhsil haqqı 3000 $, doktorantura üzrə illik təhsil haqqı isə 6000 $ təşkil edir. Bu il 1000 Yeni müraciət edən namizəd tələbələrə xüsusi endirimlərlə təqaüd təklif edilir.
Universitetdə təhsil türk və ingilis dillərində keçirilir. Yaxın gələcəkdə Universitetin tibb sahəsi üzrə xəstəxanasının olacağı gözlənilir. Qeyd edək ki, universitetin diplomu Azərbaycanda tanınır.