Əsas Səhifə Köşə Yazısı Zamandan gileylənənlər – Davud Kərimli

Zamandan gileylənənlər – Davud Kərimli

Günümüzdə insanların zaman azlığından şikayətlənməsinə tez-tez şahid oluruq. Çox adam işlərinin və ya dərslərinin çoxunu vaxtında çatdıra bilmədiklərini deyir. Bu nədən irəli gəlir? Bunun əsas səbəbini tapmaq elə də çətin deyil: zamanın düzgün idarə olunmaması. Bəs bunu dövrümüzün ən böyük problemlərindən biri halına gətirən şey nədir?

Zaman azlığından gileylənən insanların 70-80%-i problemin smartfondan, sosial şəbəkələrdən qaynaqlandığını düşünür. Çünki günümüzdən çox yox, 30 il əvvələ qədər insanlar hər şeyi rahat və vaxtında edə bildiyi halda nə oldu ki, 30 il sonra insanlar zaman azlığı problemi ilə üzləşdilər? Həqiqətən də, bunun əsas səbəbi smartfon ola bilər. Bir qədər açıqlayaq. Hər bir smartfonun parametrlərində istifadəçinin gün ərzində telefonla nə qədər vaxt keçirdiyini göstərən, eyni zamanda tənzimləyən sistem var. Əgər şikayətlənən insanların telefonda nə qədər vaxt keçirdiklərinə baxsaq, rahatlıqla görə bilərik ki, bu insan işlərinə ayıra biləcəyi vaxtı müxtəlif sosial şəbəkələrdə 15-30 saniyəlik qısa videolara baxaraq boşa sərf edib. Bunun fərqinə varanlar özlərinə istifadə limiti qoyurlar və ya vaxt itkisi olan tətbiqləri tamamilə silirlər. Bunun həmişə işə yaradığını demək düz olmaz. Çünki bəzən iradəmiz davam gətirmir və həmin limiti aradan qaldırıb yenidən lazımsız videolara baxırıq.

Hər problemdə olduğu kimi, zaman probleminin də həll yolu, mütləq ki, var. Zaman probleminin ən yaxşı həll yolu qrup olaraq qarşınıza hədəflər qoymaqdır. Niyə məhz fərdi yox, qrup olaraq? Çünki tək olanda bunu pozmaq rahat olur, amma komanda şəklində həm qrupdaxili müsbət rəqabət olur, həm də hədəfindən dönmək istədiyin zaman onlar səni bu büdrəmədən xilas edirlər. Sonunda, bir müddət keçəndən sonra sən qrupunla birlikdə zaman problemini həll etmiş olursan.

Bunları də bəyənə bilərsiniz

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00