Əsas Səhifə Şeir Bir toxucunun ölümü – Martin Russak

Bir toxucunun ölümü – Martin Russak

Martin Russakın bu şeiri ABŞ Kommunist Partiyasının nəşr etdiyi marksist jurnal “New Masses”-in 1928-ci ilin iyun ayı buraxılışında çap olunmuşdur.

 

Şəhəri başdan-başa örtməyə çatacaq qədər

xariqüladə bir örtüylə örtəcək qədər

ipək toxumuşdu o…

Amma indi o:

uzanır,

palçıqlı, qurdlu və yastı bir damın altında,

əbədiyyən qaranlıq bir gecənin altında…

 

Bir tikə çörək üçün deyil;

müəzzəm sərvətlər yaradan onu

təmizcə gömmək üçün, –

toxumaçı yoldaşlar! –

sizə bir şey deməyə gəldim:

Sizdən,

Sizin ayrı-ayrı hamınızdan

Beş-on qəpik istəməyə gəldim.

 

Nazim Hikmət tərcüməsi əsasında uyğunlaşdıran: Əmmar Əkbər

Bunları də bəyənə bilərsiniz

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00