37
Ağlayan körpələrtək
nəğməyə başlamayan
mələklərə nə oldu?
Axı xəbərdardılar
bu toranda doğulan,
zühuruna az qalan
əbədi xilaskarı
bətnində gəzdirəcək…
Susqun-susqun süzülüb
göstərdilər İmranın
tərkidünya evini.
Bir saflıq duyulurdu
mələklərdə və göydə,
amma enəmmədilər
heç cür həndəvərinə…
Ər-arvad ikisi də
ağlını itirəndə
gəlib ağıl verməyə
bir qonşunun qarısı
büzülmüşdü əlacsız.
İmran ayağa qalxıb
yastı komaya getdi.
Getdi ki, cilovlasın
kül rəngi bir inəyin
coşqun böyürtüsünü.
Çünki belə bir gecə
heç zaman olmamışdı…
Tərcümə: Əmmar Əkbər