Çap

Gənclərlə bağlı 2016-2020-ci illəri əhatə edən yeni dövlət proqramı hazırlanır

Tarix . Kateqoriya Yeniliklər

 

Bu aydan başlayaraq Azərbaycanda “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” çərçivəsində gənclərlə bağlı yeni dövlət proqramının hazırlanmasına başlanıb.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Sosial siyasət komitəsinin Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının təşəbbüsü ilə keçirilən “Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyi” mövzusunda iclasda gənclər və idman nazirinin müavini İntiqam Babayev söyləyib.

Çap

Kolleclərə qəbul üçün ixtisas seçimi iyulun 8-də başlayacaq

Tarix . Kateqoriya Yeniliklər

 

Məlum olduğu kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) IX və XI siniflər üçün buraxılış imtahanını yekunlaşdırıb və nəticələr də artıq bəllidir.

Bu il kolleclərə buraxılış imtahanlarının nəticələri əsasında qəbul həyata keçiriləcək. TQDK-dan Modern.az-a verilən məlumata görə, ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Çap

Ali məktəbə qəbulda dəyişiklik - İmtahan fənnləri azalacaq

Tarix . Kateqoriya Yeniliklər

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) kollegiyasının növbəti iclası keçirilib.


"Qafqazinfo" TQDK-nın saytına istinadən xəbər verir ki, iclasda 2014/2015-ci tədris ili üzrə keçirilən buraxılış imtahanlarının nəticələri müzakirə edilib. Bundan əlavə, 2016-cı ildən etibarən tətbiq edilməsi planlaşdırılan ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu modeli geniş müzakirə olunub.

Çap

Yeni tədris ili üçün tətil günləri müəyyənləşdi

Tarix . Kateqoriya Yeniliklər

Azərbaycan Təhsil Nazirliyi 2015-2016-cI tədris ilində orta məktəb şagirdləri üçün nəzərdə tutulan tətillərin müddətlərini açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yeni tədris ilində ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də yekunlaşacaq.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə