Kefiyyətli Avropa təhsilini ucuz qiymətə "satan" ölkə - Polşa
Hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə insanlar bəzən, xaricdə təhsil almağa üz tutur.
Azərbaycanda da xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi isə Asiya ölkələrində təhsil almağı hədəf seçib.
Son zamanlar tələbələr Polşada təhsil almağa daha çox üstünlük verir.
Maraqlıdır, görəsən, tələbələrin Polşada ali təhsil alması Azərbaycan təhsilinə nə qazandırıb?
AzEdu.az bununla bağlı yazını təqdim edir:
“Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri, xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlunun sözlərinə görə, gənclərin Polşada ali təhsil almasının səbəblərindən biri də təhsil haqqının sərfəli olmasıdır:
“Polşa universitetlərinin təhsil haqqında müəyyən güzəştlər var. Ölkənin işçiyə çox ehtiyacı olduğu üçün tələbələr burada oxumağa üstünlük verir. Polşada təhsil almaq Azərbaycana təcrübəli və ingilis, polyak dillərini bilən gənclər qazandırır. Gənclərin Polşada oxuması Azərbaycana genişmiqyaslı təhsilin və əmək bazarında rəqabətə dözümlü kadrların gəlməsinə səbəb olacaq”.