Print

Aqrar ixtisasları seçənlərə şad xəbər - Təqaüd 350 manat oldu

on . Posted in Xəbərlər

agrar

2019/2020 tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı yönümlü ixtisasları seçən abituriyentlərə əlavə təqaüdlər veriləcək.

Gemi.az -ın Oxu.az-a istinadən məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

O qeyd edib ki, qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 100 manat, 500 və daha çox bal toplayanlara isə 200 manat əlavə təqaüd veriləcək:

Print

Ukraynanın Avropa İttifaqına qəbulunun tarixi açıqlandı

on . Posted in Xəbərlər

140587

Ukrayna Ali Radasının spikeri Andrey Parubiy bəyan edib ki, ölkəsi Avropa İttifaqına 2025-2027-ci illərdə qəbul oluna bilər.

Bu barədə Ukrayna parlamentinin saytında yer alan məlumatda deyilir.

Parubiy bildirib ki, bu, Avropa İttifaqı Şurasında Polşa və Litvanın sədrlik edəcəyi dövrə təsadüf edə bilər.

Print

Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

on . Posted in Xəbərlər

new year celebrate

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Gemi.az Oxu.Az-a istinadən xəbər verir ki, 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən bu tarixin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması qərara alınıb.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. 

Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb.

Print

Bakının daş yaddaşı - FOTOREPORTAJ

on . Posted in Xəbərlər

Bəşər tarixinin ən görkəmli sənətkarlarından olan Mikelancelo Buonarroti (1475-1564) deyirdi: “Heykəllər daşın içində var, mən artıqları atıram”.

Mikelancelonun təbirincə desək, daşların içində var olanı üzə çıxaran heykəltəraşlar tarixin ən canlı şahidlərini bəşəriyyətə miras qoyublar.

Bakı şəhəri tişə ilə cansız daşların dilə gətirildiyi tarixi şəxsiyyətlərin heykəlləri, abidə kompleksləri ilə zəngindir. Paytaxta xüsusi gözəllik verən, eləcə də, tarix qarşısında təzimin simvolu olan bu heykəllər keçmişə hörmət, gələcəyə daşınan mədəniyyətdir.

Print

Tağıyevin heykəli Bakının bu ərazisində ucaldılacaq

on . Posted in Xəbərlər

tagiyev

Hacı Zeynalabdin Tağıyevin heykəlinin İstiqlaliyyət küçəsində, “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada ucaldılması nəzərdə tutulur. 

Gemi.az xəbər verir ki, bununla bağlı Heydər Əliyev Fondunun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edib.

Print

Xaricdə magistratura təhsilini Gənclər Fondu maliyyələşdirəcək

on . Posted in Xəbərlər

Gencler Fondu Logo 130612

2019-2020-ci tədris ilində gənclərin xaricdə magistratura pilləsi üzrə təhsilini Gənclər Fondu maliyyələşdirəcək.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, bunu parlamentin Gənclər və İdman komitəsinin bu gün keçirilən iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı fondun icraçı direktoru Fərid Cəfərov deyib.

Print

Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanı başa çatıb

on . Posted in Xəbərlər

How to Apply for the PMP Exam in 13 Easy Steps

Dövlət İmtahan Mərkəzi  aprelin 7-də  Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan 27659 şagird üçün buraxılış imtahanı keçirib.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Print

Azərbaycanın 10 milyonuncu vətəndaşı dünyaya göz açdı

on . Posted in Xəbərlər

baby 10

Azərbaycanın 10 milyonuncu sakini anadan olub.

Gemi.az-ın Oxu.Az-a istinadən məlumatına görə, 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Səhiyyə Nazirliyindən və Dövlət Statistika Komitəsindən bildirilib ki, Azərbaycan vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.

Print

Dövlət İmtahan Mərkəzi 7 aprel 2019-cu il tarixində Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcəkdir

on . Posted in Xəbərlər

021531826318

Sabah ümumilikdə 27659 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə aprelin 1-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlanır.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək.

Print

Türkiyədə yaşayan azərbaycanlıların sayı açıqlandı

on . Posted in Xəbərlər

istiklal

Türkiyə Statistika Komitəsi ölkədə yaşayan azərbaycanlıların sayını açıqlayıb. 

Gemi.az xəbər verir ki, məlumat “Turizmgazetesi.com” portalında dərc edilib. 

Statistikaya əsasən, Türkiyədə 36 min 543 azərbaycanlı yaşayır.

Ümumilikdə, Türkiyədə 650 min 308 əcnəbi yaşayır ki, bunlardan 310 min 147 nəfəri kişi, 340 min 161-i qadındır. 

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  • Bizi izləyin.

Bizi izlə