Çap

Ali məktəblərə qəbul ixtisaslarının sayı açıqlandı

Tarix . Kateqoriya Xəbərlər

tehsil

2019-cu il üçün ali məktəblərin ixtisas qruplarına daxil olan ixtisasların sayı açıqlanıb.

Gemi.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda öz əksini tapıb. 

Bu il ali təhsil müəssisələrinə I qrupda 84, II qrupda 22, III qrupda 26, IV qrupda 18 və V qrupda isə 23 ixtisas üzrə qəbul aparılacaq. 

Çap

Dünyanın ən yaxşı ali təhsil müəssisələri

Tarix . Kateqoriya Xəbərlər

Britaniyanın təhsil sahəsi üzrə “Quacquarelli Symonds” məsləhətxanası məzunlarının məşğulluq səviyyəsinə görə ali təhsil müəssisələrinin reytinqini dərc edib.

Gemi.az  Oxu.Az-a istinadən  xəbər verir ki, reytinq dünya üzrə 42 min işəgötürən arasındakı sorğuya əsasən tərtib olunub.

Reytinq hazırlanan zaman tələbələrlə işəgötürən arasındakı əlaqə, məzunların nəticələri, işəgötürənlərlə əməkdaşlıq, məşğulluq səviyyəsi və bir sıra digər göstəricilər əsas götürülüb.

Məzunlarının məşğulluq səviyyələri yüksək olan 10 ali təhsil müəssisəsini təqdim edirik:

10. Oksford Universiteti

Çap

DİN POLİS Akademiyasına qəbul üçün müsabiqə elan edir

Tarix . Kateqoriya Xəbərlər

polis akademiyasi din

Daxili İşlər Nazirliyi (DİN) xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında əyani təhsil üzrə 150 kursantın qəbulu üçün müsabiqə elan edib.

Gemi.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Oxu.Az-a verilən məlumata  görə, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm (qızlar üçün 160 sm), çağırışçı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2019-cu ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan vətəndaşları iştirak edə bilər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2019-cu ilin yanvar, aprel və iyul tarixli çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmırlar.

Çap

İslam İnkişaf Bankı 2019-2020-ci tədris ili üçün təqaüd proqramları elan edir

Tarix . Kateqoriya Xəbərlər

Islamic Development bank 121112

 

İslam İnkişaf Bankı (İİB) 2019-2020-ci tədris ili üçün müxtəlif səviyyələr üzrə təlim, təhsil və tədqiqat təqaüd proqramları elan edir.

Təhsil səviyyəsi: peşə təhsili, bakalavriat, magistratura, doktorantura,

doktorantura sonrası tədqiqat

Tədris dili: ingilis dili

Maliyyələşmə: təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti.

Çap

DİM yeni qəbul modelinə uyğun olaraq sınaq imtahanı keçirəcək

Tarix . Kateqoriya Xəbərlər

exam 98

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə fevralın 10-da sınaq imtahanı keçirəcək.

Gemi.az xəbər verir ki,  Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq:

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Çap

Dünyanın ən yaxşı universitetləri

Tarix . Kateqoriya Xəbərlər

Harvard

“US News” nəşri dünyanın ən yaxşı universitetlərinin reytinqini hazırlayıb.

Gemi.az Oxu.Az-a istinadən xəbər verir ki, dünyanın 60-dan çox ölkəsinin ali təhsil ocaqlarının daxil edildiyi reytinq cədvəlinə 100 balla ABŞ-ın  Harvard Universiteti  başçılıq edir.

Ardınca siyahıda 97,6 balla Massaçusets Texnologiya İnstitutu gəlir. İlk üçlüyü 93,8 balla daha bir ABŞ ali təhsil ocağı – Stenford Universiteti tamamlayır.

İngiltərənin dünya şöhrətli Oksford Universiteti 87,6 balla beşinci, Kembric Universiteti isə (85,8 balla) yeddinci yerdə qərarlaşıb.
Çap

Azərbaycan vətəndaşları neçə ölkəyə vizasız gedə bilərlər?

Tarix . Kateqoriya Xəbərlər

travel i

“Henley&Partners” şirkəti müxtəlif ölkə vətəndaşlarının sərbəst səyahət imkanlarını nümayiş etdirən pasport reytinqini dərc edib.  

GEMİ.AZ-ın  Oxu.Az-a istinadən məlumatına görə, 74-ci yerdə qərarlaşan Azərbaycan pasportu vizasız 66 ölkəyə səyahət etməyə imkan verir.

Reytinq cədvəlinə Yaponiya başçılıq edir. Bu ölkənin vətəndaşları vizasız 190 ölkəyə səfər edə bilər.

Çap

GEMİ TƏŞKİLATININ SƏDRİ SƏRDAR YUSİFOĞLU PREZİDENTİ TƏBRİK ETDİ

Tarix . Kateqoriya Xəbərlər

aliev

 

Gəncliyin Elmi Mədəni İnkişafı Təşkilatının sədri Sərdar Yusifoğlu Prezident İlham Əliyevi təbrik etdi.

  

Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyev cənablarına

Cənab Prezident! Sizi doğum gününüz münasibətilə, "Gəncliyin Elmi-Mədəni İnkişafı" İctimai Birliyi (GEMİ)adından təbrik edir, uzun ömür, can sağlığı arzu edirik. Sizin Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edib, gənclər və idman sektorunda sürətli canlanma yaranıb.

Sizin imzaladığınız müxtəlif sərəncam və fərmanlar, dövlət proqramları, habelə, sahibkarlıq, QHT-lər və gənclər təşkilatlarının inkişafı üçün yaratdığınız qurumlar bu gün cəmiyyətdə böyük əhəmiyyət daşıyır və gənclərimizin həm biznes fəaliyyəti, həm də ictimai fəallığı üçün yardımçı olmaqdadır.

Çap

Ali təhsil müəssisələrinə dövlət sifarişli yerlər artırılacaq

Tarix . Kateqoriya Xəbərlər

graduates

2019-2020-ci ilin tədris ilində ali təhsil müəssisələrinə dövlət sifarişli yerlər artırılacaq.

Gemi.az Oxu.Az-a istinadən  məlumat verir ki, bunu təhsil naziri Ceyhun Bayramov  Azərbaycan Tələbələrinin II Qurultayında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Tələbələrin l Qurultayından ötən dövr ərzində ölkədə gənclər siyasəti və təhsilin inkişafı ilə bağlı çoxsaylı proqram və layihələr həyata keçirilib:

Çap

YÖK-ün Türkiyə universitetlərinə Azərbaycan vətəndaşlarının qəbulu ilə bağlı göndərdiyi müraciətin mətni məlum olub

Tarix . Kateqoriya Xəbərlər

3c1083fe 08f6 446c a18d 17b4f3976471

 

Türkiyənin Yükseköğretim Kurulunun (YÖK) bu ölkənin universitetlərinə Azərbaycan vətəndaşlarının qəbulu ilə bağlı göndərdiyi müraciətin mətni məlum olub.

Gemi.az  “Report”-a istinadən xəbər verir ki, mətndə 2017-ci ilin oktyabr ayında YÖK ilə Azərbaycanın Təhsil Nazirliyi arasında sənəd imzalandığı vurğulanıb. Həmin sənədin 5-ci maddəsinə əsasən, azərbaycanlı tələbələrin Türkiyədə fəaliyyət göstərən universitetlərin qəbulunda Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan nəticələrinin nəzərə alınması qeyd olunub.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə