Çap

Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedəcəklər

Tarix . Kateqoriya Xəbərlər

serbia

Bu gündən Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedə biləcəklər.

Gemi.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə məlumat Serbiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Müvafiq qərar Serbiya hökuməti tərəfindən mayın 24-də qəbul edilib və iyunun 2-də qüvvəyə minib.

Azərbaycan vətəndaşları Serbiya ərazisində 90 günə qədər vizasız qala bilərlər.

Çap

Buraxılış imtahanlarının vaxtı bəlli oldu

Tarix . Kateqoriya Xəbərlər

dim 2018

Buraxılış imtahanlarının vaxtı məlum olub.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, DİM-dən verilən məlumata görə, ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının II mərhələsi və tam orta təhsil bazasında (11-ci sinif) buraxılış imtahanları əvvəlcədən elan olunduğu kimi, 2018‑ci il 21, 27 iyun və 3 iyul tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.

Çap

Azərbaycanda müəllimlərin attestasiyası ləğv olunur

Tarix . Kateqoriya Xəbərlər

1503662403 muell

Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiyası ləğv edilir.

Gemi.az-ın  APA-ya istinadən məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilir.

Yeni bəndə əsasən, “Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər” attestasiya olunmayacaqlar.

Qeyd edək ki, digər dəyişikliklə Azərbaycanda müəllimlərin sertifikasiyası təklif olunur.

Çap

AXC-nin 100 illiyi qeyd olundu

Tarix . Kateqoriya Xəbərlər

100 illik

Mayın 28-də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib.

Gemi.az Oxu.az-a istinadla xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri konsertdə olublar.

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ötən 100 il ərzində respublikamızın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında layiqli yerini tutması ideyası üzərində qurulub.

Çap

Magistr imtahanlarının ikinci mərhələsinin vaxtı açıqlandı

Tarix . Kateqoriya Xəbərlər

mantiya type1

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının 2-ci mərhələsi iyunun 3-də keçiriləcək.

Buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Çap

Türkiyədən Azərbaycana möhtəşəm jest - 100 illiyin şərəfinə pul

Tarix . Kateqoriya Xəbərlər

lire aze

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə xatirə pul nişanı dövriyyəyə buraxılıb. 

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, maksimum sayı iki min ədəd olan 20 türk lirəsi 925 əyar gümüşdən ibarətdir. 

Mayın 18-dən dövriyyəyə buraxılan xatirə pul nişanları 2020-ci ilin mayın 18-nə kimi satışda qalacaq.  

Çap

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI

Tarix . Kateqoriya Xəbərlər

documentos

“Henley&Partners” şirkəti müxtəlif ölkə vətəndaşlarının sərbəst səyahət imkanlarını nümayiş etdirən pasport reytinqini dərc edib.

Reytinqdə 75-ci yerdə qərarlaşan Azərbaycan pasportu vizasız 66 ölkəyə səyahət etməyə imkan verir.

Azərbaycanla eyni yerdə Qambiya, Tanzaniya, Dominikan Respublikası və Çin qərarlaşıb.

Gemi.az xəbər verir ki, Oxu.Az Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələri araşdırıb. 

Çap

Üç abituriyent 700 bal toplayıb

Tarix . Kateqoriya Xəbərlər

images 1

Mayın 20-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında üç nəfər maksimal toplayıb.

Gemi.az-ın  Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə əsasən, I qrupdan 27 min 478 nəfər imtahan verib və onlardan ikisi 700 bal toplayıb.

IV ixtisas qrup üzrə imtahan verən abituriyentlərdən biri 700 bal toplamağa müvəffəq olub.

Çap

İmtahanların nəticələri açıqlandı

Tarix . Kateqoriya Xəbərlər

dim 20188

Mayın 20-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb. 

Gemi.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, test imtahanının nəticələri və cavab kartlarının qrafik təsvirləri ilə Dövlət İmtahan Mərkəzin (DİM) internet səhifəsində tanış olmaq mümkündür.

Abituriyentlər imtahan nəticələrini mobil operatorlardan (“Azercell”, “Bakcell”, “Nar”) iş nömrəsini 7727-yə SMS göndərməklə də öyrənə bilərlər.

Çap

Kraliça Azərbaycan xalqını təbrik etdi

Tarix . Kateqoriya Xəbərlər

download 1

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

Gemi.az Oxu.Az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

“Cənab Prezident.

Milli bayramınız 28 May - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdan gələn illərdə Sizə və Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram”.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə