Çap

İlham Əliyev Bakıda hotel açılışında

Tarix . Kateqoriya Xəbərlər

dinamo hotel

Bu gün Bakının Səbail rayonunda “Dinamo” hotelinin açılış mərasimi keçirilib.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Hotelin baş meneceri Alberto Matos və dizayneri Lindo Pinto burada aparılan əsaslı təmir-yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat veriblər.

Çap

Dövlət gənclər siyasəti ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə əbədi hədiyyəsidir

Tarix . Kateqoriya Xəbərlər

nazerbey

Azərbaycanda digər sahələr kimi, təhsilin inkişafı da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Gemi.az xəbər verir ki, bu sözləri mayın 10-da ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Türkiyənin Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən FONO qurumunun baş təhsil məsləhətçisi Nəzərbəy Hacıağayev AZƏRTAC-a müsahibəsində söyləyib.

O deyib ki, ümummilli lider Heydər Əliyev həmişə gənclərin elmə, savada yiyələnmələrinə, onların yüksək təhsil almalarına xüsusi diqqət yetirib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında ən mükəmməl şəraiti yaradıb. Məhz bu siyasətin nəticəsində bu gün Azərbaycan gəncləri dünyanın ən nüfuzlu universitetlərində təhsil alırlar. Bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinə əbədi hədiyyəsidir.

Çap

İlham Əliyev Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Tarix . Kateqoriya Xəbərlər

003

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür.

Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyaraq, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Çap

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür

Tarix . Kateqoriya Xəbərlər

heyder aliyev

Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 95 yaşı qeyd olunur. Bu tarixlə bağlı ölkənin bütün bölgələrində və dünyanın bir çox ölkəsində tədbirlər keçirilir.

Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.

O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb.

1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub.

1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib. H.Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib.

O, SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, “Lenin” ordeni (4 dəfə), “Qırmızı Ulduz” ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb.

H.Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub.

O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib.

H.Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib.

1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçilib.

H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib.

Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub.

1994-cü ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb, Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib.

Heydər Əliyevin iradəsi sayəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında - ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb.

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən GUAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də H.Əliyevin önəmli xidməti olub. O, demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.

1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub.

1995-ci ilin mayında əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında “xüsusi qonaq” statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.

H.Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb.

H.Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

Çap

Ali məktəblərə qəbul imtahanı keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

exam multiplechoice

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 13-də 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Gemi.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə olunmasına 248 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2856 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanda 36559 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17253  abituriyent  II qrup üzrə, 19306 abituriyent isə III qrup üzrə imtahan verəcək.

Çap

Təxirə salınan SAT imtahanının yeni tarixi açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

images

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 5-də SAT imtahanı verməli olan şəxslərə müraciət edib.

Gemi.az xəbər verir ki, mərkəzdən Oxu.Az-a verilən məlumata görə, “College Board”- Ali Təhsilə Qəbul Şurası tərəfindən verilən qərara əsasən, mayın 5-də keçirilməsi təxirə salınan SAT imtahanı mayın 19-da baş tutacaq.

Bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. Gözləmə siyahısında (waiting list) olan şəxslər də bu imtahanda iştirak edə bilməyəcək.

Çap

Putin İlham Əliyevə təbrik məktubu göndərib

Tarix . Kateqoriya Xəbərlər

818

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qazanılan qələbənin 73-cü ildönümü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

Gemi.az Oxu.Az-a istinadən xəbər verir ki, V.Putin Azərbaycanın dövlət başçısı ilə yanaşı, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də, tanınmamış Abxaziya və Cənubi Osetiya respublikalarının liderlərinə təbrik məktubu göndərib.

Rusiya lideri Gürcüstan və Ukrayna liderlərini təbrik etməsə də, Kremlin saytında bu ölkələrin vətəndaşlarına təbrik mətni yer alıb. 

Çap

Tramp İsraili məyus etdi

Tarix . Kateqoriya Xəbərlər

tramp psifisate kata tou israil telos stin xrimatodotisi.w l

ABŞ prezidenti Donald Tramp ölkənin Qüdsdəki səfirliyinin açılışında iştirak etməyəcək.

Gemi.az Oxu.az-a istinadən  xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.

Məlumata görə, mayın 14-də keçiriləcək mərasimdə ABŞ nümayəndə heyətinə dövlət katibinin müavini Con Sallivan başçılıq edəcək.

Qeyd edək ki, ABŞ bir neçə ay əvvəl İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə keçirməyə qərar verib.

Çap

Təhsil Nazirliyinin əməkdaşları arasında “Nə? Harada? Nə zaman?” oyunu keçirilib

Tarix . Kateqoriya Xəbərlər

04 07.05.18 6

 

Təhsil Nazirliyinin əməkdaşları arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionat keçirilib.

 

Çempionat nazirliyin əməkdaşları arasında komanda ruhunu gücləndirmək və onların asudə vaxtını birlikdə səmərəli təşkil etmək məqsədi daşıyır.

 

Gemi.az xəbər verir ki, 19 komandanın iştirak etdiyi yarış hər birində 10 sual olmaqla 3 turdan ibarət olub. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda birinci yeri Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin “VET” komandası, ikinci yeri Beynəlxalq əməkdaşlıq şöbəsinin “Böyük Altılıq” komandası, üçüncü yeri isə Təhsilin inkişafı proqramları şöbəsinin “Qartal” komandası qazanıb.

Çap

Müddətsiz əmək müqaviləsi ilə işə qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

03 26.04.18 2

Respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə ilə keçirilmiş müsahibələrin nəticələri məlum olub. Gemi.az xəbər verir ki, müsahibələrin nəticələrinə əsasən, həvəsləndirmə tədbirləri tətbiq edilməyən ümumtəhsil məktəblərinə müddətsiz əmək müqaviləsi ilə işə qəbul edilmək istəyən 121 nəfər və həvəsləndirmə tədbirləri tətbiq edilən ümumtəhsil məktəblərində işləyən 356 nəfər olmaqla ümumilikdə 477 nəfərlə növbəti tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi bağlanılacaq.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə