Ukraynanın Avropa İttifaqına qəbulunun tarixi açıqlandı
Ukrayna Ali Radasının spikeri Andrey Parubiy bəyan edib ki, ölkəsi Avropa İttifaqına 2025-2027-ci illərdə qəbul oluna bilər.
Bu barədə Ukrayna parlamentinin saytında yer alan məlumatda deyilir.
Parubiy bildirib ki, bu, Avropa İttifaqı Şurasında Polşa və Litvanın sədrlik edəcəyi dövrə təsadüf edə bilər.