Çap

DİM orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir

Tarix . Kateqoriya Xəbərlər

dim yeniii

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir.

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılır. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə saat 10.00-dan etibarən Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədlər və SQK-ların ünvanları ilə elanın tam mətnində tanış ola bilərlər.

Çap

Azərbaycan səyahət istiqamətlərinə görə MDB-nin ilk üçlüyündə

Tarix . Kateqoriya Xəbərlər

baku 2705195 30

“TurStat” analitik agentliyi 21 fevral Dünya Bələdçi Günü münasibətilə MDB ölkələri arasında rusiyalı turistlər üçün ən yaxşı səyahət istiqamətlərini açıqlayıb. 

Belarus, Qazaxıstan, Azərbaycan, Özbəkistan və Ermənistan rusiyalı turistlərin gəzinti istirahəti üçün MDB-nin ən yaxşı beş ölkəsi olub. 

Belarusa 27 faiz, Qazaxıstana 22 faiz, Azərbaycana 16 faiz, Özbəkistana 12 faiz, Ermənistana isə 9 faiz səs verib. 

Çap

Qəbul imtahanlarının vaxtı dəyişdi

Tarix . Kateqoriya Xəbərlər

exam 2019 12

Dövlət İmtahan Mərkəzi 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edib.

Gemi.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcək.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi 30 iyunda keçiriləcək.

Çap

Buraxılış imtahanlarının qrafiki açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

exam time

Dövlət İmtahan Mərkəzi (DİM) 2018-2019-cu tədris ili üzrə buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafikini açıqlayıb. 

Bu barədə DİM məlumat yayıb.

Ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağıdakı qrafikə uyğun keçiriləcək.

Çap

Ali məktəblərdə ixtisasların sayı azaldıldı

Tarix . Kateqoriya Xəbərlər

ixtisaslar

Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların sayı azaldılıb. 

Gemi.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin rəsmi saytında məlumat verilib.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb.

Belə ki, bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib.

Çap

Gənclər haqqında qanun dəyişdirildi

Tarix . Kateqoriya Xəbərlər

33915 young people 1200

Parlamentin fevralın 12-də keçirilən növbəti plenar iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. 

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, həmin dəyişikliklərdə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün “təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin edəcəklər.

Çap

Qəbul imtahanlarının vaxtı açıqlandı

Tarix . Kateqoriya Xəbərlər

exam2019

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb. 

Gemi.az-ın Oxu.az-a istinadən məlumatına görə, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək.

İkinci imtahan I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də baş tutacaq.

Çap

31 Yanvar - Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Tarix . Kateqoriya Xəbərlər

resulzade

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olanMəhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümüdür.

Gemi.az-ın Oxu.az-a istinadən məlumatına görə, M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edib.

Çap

Ali məktəblərə qəbul ixtisaslarının sayı açıqlandı

Tarix . Kateqoriya Xəbərlər

tehsil

2019-cu il üçün ali məktəblərin ixtisas qruplarına daxil olan ixtisasların sayı açıqlanıb.

Gemi.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda öz əksini tapıb. 

Bu il ali təhsil müəssisələrinə I qrupda 84, II qrupda 22, III qrupda 26, IV qrupda 18 və V qrupda isə 23 ixtisas üzrə qəbul aparılacaq. 

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə