GEMI - GƏNCLİYİN ELMİ MƏDƏNİ İNKİŞAF TƏŞKİLATI
Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi (GEMİ) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti bütün Respublika ərazisini əhatə edir. GEMİ 2007-ci ildə bir qrup gəncin təşəbbüsü əsasında yaranmışdır. 26 dekabr 2007-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ictimai birlik kimi qeydiyyata alınıb.