Çap

“Beynəlxalq yükdaşıma və logistika” üzrə ilin şirkəti məlum oldu

Tarix . Kateqoriya Xəbərlər

1518675305

 

“Hikmetoglu Transport”  İlin şirkəti seçildi

 
“JW Marriott Absheron Baku” hotelində biznes sahəsində 2017-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.
 


“Azeri Business Award 2017" mükafatının laureatları arasında beynəlxalq yükdaşımalar ilə məşğul olan “Hikmetoglu Transport” şirkətinin də adı var. 


 
“Hikmetoglu Transport” şirkəti “Beynəlxalq yükdaşıma və logistika” nominasiyası üzrə ilin şirkəti seçilib.


  
“Hikmetoglu Transport” şirkətinin əsası 2013-cü ildə qoyulmuşdur. 24 Yanvar 2018-ci il tarixində şirkət 5 yaşını qeyd edib.


“Hikmetoglu Transport” hava, quru, dəniz və dəmiryolu nəqliyyatı olmaqla daşımaçılığın bütün sahələrində geniş təcrübəyə malikdir. Daşıma sektorunda dərin təcrübə və peşəkar əməkdaşlar sayəsində güvənilən bir şirkət və hər zaman sektorun lideri olmaq üçün “Hikmetoglu Transport” tərəfindən daim innovativ həll yolları tətbiq olunmaqdadır. Daha ətraflı: www.hikmetoglu.com