Çap

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 25-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunlarının II və III ixtisas qrupları üzrə qəbul imtahanını keçirəcək.

TQDK-dan Oxu.Az-a verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 56 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Məlumat üçün bildirək ki, imtahanda 29 min 582 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 15 min 835 abituriyent II qrup üzrə, 13 min 747 abituriyent III qrup üzrə imtahan verəcək.

Qeyd edək ki, bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.