Çap

Beynəlxalq Erasmus+İnformasiya günü

Tarix . Kateqoriya Xəbərlər

02 17.12.15 3

 Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Beynəlxalq Erasmus+ informasiya günü” keçirilib.


 Tədbirdə Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, ADNSU-nun Beynəlxalq məsələlər üzrə prorektoru Rafiq Camalov, Avropa Birliyinin nümayəndəsi Toras Plis, Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin nümayəndəsi Karolina Karboliskayt, “Beynəlxalq Erasmus+”un Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov, Köln Tətbiqi Elmlər Universitetinin professoru Rza Tələbi Dəryani, Regional İnnovasiya Texnologiyaları Akademiyasının direktoru Tofiq Babayev, eləcə də ali təhsil müəssisələrinin əməkdaşları iştirak edib.
 Tədbirdə ali təhsil müəssisələrində həyata keçirilən təcrübə proqramları haqqında məlumat verilib, müvafiq proqramlar çərçivəsində reallaşdırılan layihələr əsasında Azərbaycanın ali təhsil müəssisələrinin Avropa universitetləri ilə əlaqələrinin genişləndiyi vurğulanıb.
 Qeyd olunub ki, ali təhsil müəssisələrinin əldə etdikləri təcrübəyə əsaslanaraq Tempus proqramını əvəz edən yeni Erasmus+ proqramı çərçivəsində daha fəal iştirak etmək imkanı əldə olunacaq. Azərbaycanın ali təhsil məkanının beynəlxalq və Avropa təhsil məkanına inteqrasiyasını irəliyə aparmaq istiqamətində Avropa layihələrinin böyük rolu var. Proqram çərçivəsində artıq ilk müsabiqədə universitetlərin iştirakı ilə potensial olaraq üç layihənin maliyyələşdirilməsi həyata keçirilir.
 Avropa İttifaqının nümayəndəsi Toras Plis, Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin nümayəndəsi Karolina Karboliskayt Erasmus+ proqramının əhəmiyyəti və təcrübələri barədə öz fikirlərini bildiriblər.