Çap

TQDK Beynəlxalq Bankın əməkdaşları üçün test imtahanı keçirir

Tarix . Kateqoriya Xəbərlər

NET 1439403840

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Beynəlxalq Bankının (ABB) müraciəti əsasında bankda çalışan əməkdaşların bilik səviyyəsinin müasir tələblərə uyğunluğunu müəyyənləşdirmək üçün test imtahanı keçirir.


 Komissiyadan APA-ya verilən məlumata görə, imtahanda ABB-nin 710 nəfər əməkdaşı iştirak edir.


 ABB-nin işçilərinin biliyinin qiymətləndirilməsi dörd istiqamət-Xəzinə işi, Əməliyyat işi, Kredit işi və Mühasibat işi üzrə aparılıb və iştirakçılara 100 test tapşırığı təqdim olunub.


 Bunlardan 85 sual bank sektoruna və qanunvericiliyə aid suallar və 15 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən suallardır.