Çap

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti cənab Md. Əbdül Həmidi təbrik etdi

Tarix . Kateqoriya Xəbərlər

ilhammm

Azərbaycan prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının prezidenti Md. Əbdül Həmidə təbrik məktubu göndərib. Məktubda deyilir:

“Hörmətli cənab prezident. Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Banqladeş arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına sülh və firavanlıq diləyirəm”.