Çap

İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti cənab Məmnun Hüseynə başsağlığı verdi.

Tarix . Kateqoriya Xəbərlər

1407150246 ilham aliyev 1601122

Hörmətli cənab Prezident,

Lahor şəhərindəki parkda törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi.

Biz dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 28 mart 2016-cı il.