Çap

Avropa İslam Universiteti tələbləri nəzərə alaraq, İsveçrədə filialını açır

Tarix . Kateqoriya Xəbərlər

islam

Hollandiyada fəaliyyət göstərən Avropa İslam Universiteti tələbləri nəzərə alaraq, İsveçrədə də bir filial açacağını açıqlayıb.
Gemi.az Deyerler.org-a istinadən xəbər verir ki, Avropa İslam Universitetinin (İUE) İsveçrənin Sürix şəhərində filial açacağını bildirilib.
İUE-nin rektoru professor Nedim Bahçekapılı Türkiyənin Bern səfirliyi və İUE-nin əməkdaşlığı ilə Sürix şəhərində təşkil olunan konfransda çıxışı zamanı bu barədə açıqlama verib. O, Rotterdam, Vyana, Manhaym, Duisburq və Berlindən sonra, İsveçrədən intensiv gələn tələblər nəticəsində, Sürixdə də filial açacaqlarını deyib.

Bahçekapılı məqsədlərinin düşüncəli və səviyyəli avropalı müsəlman" kimliyini formalaşdırmaq, qərblilərin "arzuolunmaz və qorxulu din" kimi səhv tanıdıqları İslamı doğru və gözəl bir şəkildə izah etmək və "insana xidmət Haqqa xidmətdir" anlayışını həyata keçirmək olduğunu bildirib. O, Hollandiyanın Rotterdam şəhərində 2001-ci ildə təsis etdikləri İUE-nin indiyə qədər mindən çox tələbələrinin olduğunu qeyd edib.

İmzaladığı əməkdaşlıq protokolları ilə məzunlarına iş və müxtəlif universitetlərdə magistratura təhsil imkanı təmin etməyi hədəfə alan İUE, ingilis, alman, türk, holland və ərəb dillərində bakalavr və magistr təhsili verir.