Çap

Nə? Harada? Nə zaman? intellektual yarışının qalibləri bəlli oldu

Tarix . Kateqoriya Xəbərlər

oiu

Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin müdiri Kadir Bektaşoğlunun maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubu, Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi və Yeni Yol təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə "III Oliqarx Kuboku" keçirildi. Yarış Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin akt zalında baş tutdu.

Tədbirdə açılış nitqi ilə çıxış edən turnirin təşkilat komitəsinin rəhbəri Gursel Abbas yarışın keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsi olduğunu bildirdi və iştirakçılara uğurlar arzu etdi. Daha sonra Xəzər İntellektual Gənclər Klubunun icraçı direktoru Azad Manaflı çıxış edərək Klubun intellektual oyunlar hərəkatına göstərdiyi dəstəkdən danışdı.
"III Oliqarx Kuboku" 4 turdan ibarət olan 60 sualın səslənməsi ilə davam etdi. Rəqiblərini xeyli qabaqlayan “OnSide” komandası turnirdə birinci yerə sahib oldu. “Guns`n Roses” və “Saint Mary” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə sahib oldular.

Qaliblər kubok, diplomlar, Nathional Geographic -dən kitablar əldə etdilər. Sonda qaliblərlə xatirə şəkli çəkildi.

mnl