Çap

Gənclər Təşkilatları Milli Şurası əhaliyə müraciət edib

Tarix . Kateqoriya Xəbərlər

gnc

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası gəncləri, vətəndaşları düşmən tərəfindən aparılan informasiya müharibəsinə cavab verməyə çağırır. Gemi.az Apa-ya istinadən xəbər verir ki, bu barədə  Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Ermənilər tərəfindən #Karabakh, #KarabakhNow, #NKpeace teqləri altında facebook və twitter sosial şəbəkələrində aparılan qaralama kampaniyasını dayandıraq! Bildiyiniz bütün xarici dillərdə mətnlər hazırlayın, rəsmi mənbələrdən şəkillər, videoları əlavə edin. Dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə #Karabakh, #KarabakhNow, #Nkpeace, #Nayora teqlərini mətnə əlavə edin. Facebook və twitter sosial şəbəkələrində paylaşın, azərbaycanlılar və Azərbaycanın dostları tərəfindən sosial şəbəkələrdə yerləşdirilən məlumatları bəyənin, paylaşın, retvit edin” – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, məlumatların doğruluğuna əmin olduqdan sonra paylaşın, etibar olunan mənbələrdən istifadə edin: “Azərbaycan Ordusunun dislokassiyası, rəsmi olaraq Müdafiə Nazirliyi tərəfindən açıqlanmayan hərbi məlumatları paylaşmayın”.