Çap

Təhsil naziri yaralanmış şagirdə baş çəkib

Tarix . Kateqoriya Xəbərlər

ths

Aprelin 4-də təhsil naziri Mikayıl Cabbarov Bərdə şəhərində vətəndaşları qəbul edir.
Gemi.az Təhsil Nazirliyinə istinadən məlumat verir ki, qəbuldan öncə nazir Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması nəticəsində yaralanaraq, Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alan Seydimli kənd tam orta məktəbinin VIIa sinif şagirdi Sənan Vəlizadəyə baş çəkib, onun vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanıb.
Həmçinin, təhsil naziri Ağdam, Tərtər və Füzuli rayon təhsil şöbələrinin müdirləri ilə görüşüb. Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində qeyd olunan rayonlarda zərər görmüş təhsil müəssisələri, bununla əlaqədar tədris prosesinin pozulması halları barədə nazirə məlumat verilib. Təhsil naziri düşmənin atəşi nəticəsində zərər görmüş təhsil müəssisələrinin qısa zamanda bərpa edilməsi məsələsinin diqqət mərkəzində olduğunu bildirib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının qərargahında keçirilən qəbulda Ağdaş, Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşların müraciəti dinlənilir, əksər məsələlər yerindəcə həllini tapır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilir.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınır.