Çap

Gənclər təşkilatının sədri Sərdar Yusifoğlu cəbhə xəttinə baş çəkib

Tarix . Kateqoriya Xəbərlər

sar

Gənclər təşkilatının sədri cəbhə xəttinə baş çəkib.

“Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin (GEMİ) sədri Sərdar Yusifoğlu bir neçə ictimai fəal gənclərlə birlikdə Tərtər rayonuna gedərək, cəbhə xəttindəki vəziyyətlə tanış olub.

GEMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, təşkilat rəhbərliyi Tərtər rayonundakı vəziyyətlə tanış olub, sakinlərlə fikir mübadiləsi aparıb.

S.Yusifoğlu aprelin 2-də şəhid olan Tərtər sakini Nicat İsgəndərovun dəfn mərasiminə qatılıb.

 

Daha sonra təşkilat rəhbərliyi təmas xəttinə yaxın yerləşən kəndlərə də baş çəkmək istəsələr də, rayon camaatı  bunu tövsiyyə etməyib.

''Sakinlərlə söhbətimizdən belə qənaətə gəldik ki, əhalinin ruh yüksəkliyi yerindədir və kimsə öz evini tərk etmək niyyətində deyil. Tərtər sakinləri hər an mərmi riski altında yaşayırlar, lakin buna rəğmən, rayonu boşaltmaq barədə söz belə gedə bilməz”, - deyə S.Yusifoğlu vurğulayıb.

O, gəncləri dövlətimizin yanında olmağa və bu çətin günlərdə təxribatlardan kənar qalmağa çağırıb.

.