Çap

"Qarabağa sülh! Qarabağa ədalət!" kampaniyası

Tarix . Kateqoriya Xəbərlər

tedbir 060416 01

"Qarabağa sülh! Qarabağa ədalət!" kampaniyası Gənclər Təşkilatlarını bir araya topladı.

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilk Akademiyası və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Milli Şuranın təşəbbüsü ilə həyata keçirilən "Qarabağa sülh! Qarabağa ədalət!" Kampaniyası çərçivəsində gənclər təşkilatları və fəal gənclərin iştirakı ilə tədbir keçirilib.

Gemi.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükut ilə anması ilə başlanılıb. Tədbirdə cəbhə bölgəsində yaşaşanan hadisələr müzakirə olunub, Azərbaycan Ordusunun uğurları barəsində gənclərə məlumat verildi. Düşmən tərəfindən verilən təxribat xarakterli məlumatların üstü açılaraq, gənclər təşkilatlarına və gənclərə informasiya müharibəsində fəal iştirak etməyə çağırış edilib.

Tədbirdə çıxış edən AR Gənclər Təşkilatları Milli Şurasının Baş Katibi Seymur Hüseynov qeyd etdi ki: "Bizim yolumuz haqq yoludur, məqsədimiz - ədalətdir, arzumuz - sülhdür, istəyimiz - Qarabağdır! Azərbaycan Ordusu torpaqlarımızı qısa zaman ərzində azad etmək gücündə və iqtidarındadır. Bunun üçün Ali Baş Komandanın bir işarəsi yetər. Bu gün gəncliyimiz vətəninə, dövlətinə tam olaraq bağlıdır. Gəncliyimiz şəhidlərimizin ölümünə kədərlənsələrdə, qələbəmizi duyub ruh yüksəkliyi yaşayır. Gəncliyimiz istər səngərdə döyüşməyə, istərsədə interntdə informassiya müharibəsini aparmağa hazırdır".

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası gənclərimizi, vətəndaşlarımızı düşmən tərəfindən aparılan informasiya müharibəsinə şiddətli cavab vermək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, ermənilər tərəfindən #Karabakh, #KarabakhNow, #NKpeace teqləri altında Facebook və Twitterdə aparılan qaralama kampaniyasına maneə olmaq məqsədi ilə "Qarabağa sülh! Qarabağa ədalət!" Kampaniyasına start verib.

Kampaniyaya qoşulmaq üçün:

Bildiyiniz bütün dillərdə mətnlər hazırlayın, rəsmi mənbələrdən şəkillər, videoları əlavə edin.

Dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə #Karabakh, #KarabakhNow, #Nkpeace, #Nayora teqlərini mətnə əlavə edin.
Facebook və Twitter sosial şəbəkələrində paylaşın.
Azərbaycanlılar və Azərbaycanın dostları tərəfindən sosial şəbəkələrdə yerləşdirilən məlumatları bəyənin, paylaşın, retvit edin!

Diqqət!

Məlumatların doğruluğuna əmin olduqdan sonra paylaşın, etibar olunan mənbələrdən istifadə edin.
Azərbaycan Ordusunun dislokassiyası, rəsmi olaraq Müdafiə Nazirliyi tərəfindən açıqlanmayan hərbi məlumatları paylaşmayın.

Azərbaycan üçün dəstək olaq!