Çap

Sakarya Universitetinin tələbələri Qarabağ aksiyası keçirdilər

Tarix . Kateqoriya Xəbərlər

 

sakarya

Türkiyənin Sakarya Universitetində təhsil alan azərbaycanlı tələbələr ötən gün Qarabağ cəbhəsində baş verən son hadisələrlə bağlı aksiya keçirib.

Gemi.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, Sakarya Universiteti Azərbaycan Tələbə Birliyinin sədri Qurban Qurbanlı məlumat verib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz edən həmvətənlərimiz Atatürk bulvarındakı Atatürk Mədəniyyət Mərkəzinin qarşısına toplaşıblar. Əllərində Azərbaycanın və Türkiyənin bayraqları olan tələbələr Ermənistanla savaşa girən ölkələrinə dəstək şüarları səsləndirəndən sonra mətbuata açıqlama veriblər.

Q.Qurbanlı bildirdi ki, buradakı aksiya başa çatandan sonra tələbələr əllərində bayraqlar tutaraq, meydan, oradan da Cark küçəsinə doğru yürüş ediblər və erməni təcavüzü əleyhinə, həmçinin Azərbaycana dəstək şüarları səsləndiriblər.

Aksiya insidentsiz başa çatıb.