Çap

Magistraturaya qəbul olmuş bakalavrların nəzərinə!

Tarix . Kateqoriya Xəbərlər

Azərbaycan Respublikasının regionlarında yerləşən ali təhsil müəssisələrində yekun dövlət attestasiyası iyun ayında keçirildiyinə görə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilmişdir.

Qəbul olan bakalavrların qeydiyyatı 2015-ci il iyun ayının 29-dan iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) aparılacaqdır. Bakalavrlar göstərilən müddətdə tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinin avqust ayında elan olunması və həmin yerlərə müsabiqənin keçirilməsi nəzərdə tutulur.qəbul olmuş bakalavrların nəzərinə!