Jakkard maşınının çiçəkləri – Martin Russak

Martin Russakın bu şeiri ABŞ Kommunist Partiyasının nəşr etdiyi marksist jurnal “New Masses”-in 1928-ci ilin iyun ayı buraxılışında çap olunmuşdur.

 

Nə gözəl, nə gözəldir,

Jakkard maşınında toxuduğum

yaşıl, qızıl, bənövşəyi

işartılı çiçəklər…

Onlar mənə,

Heyldonda bir çəməni,

düzəni

və ağacları xatırladır…

 

Bahar…

Parıldayır günəşdə çobanyastığılar…

Gözəl Jakkard çiçəkləri…

 

Onlar mənə,

sevimli Pekvannok sahillərini

və göz qamaşdıran yamaclarını xatırladır…

 

Ey gözəl və həzin;

hüznlü Jakkard çiçəkləri…

 

Nazim Hikmət tərcüməsini uyğunlaşdıran: Əmmar Əkbər

Related posts

Bu tərifə inansam… – Məmməd Araz

Bir toxucunun ölümü – Martin Russak

ABDULLANIN OĞLUNA BİR NEÇƏ SUAL – Allahverdi Təkləli