Çap

Bakıda ABŞ-ın müstəqilliyinin ildönümü

Tarix . Kateqoriya Xəbərlər

urim 1039

ABŞ-ın Azərbaycandakı səfirliyi ölkənin müstəqilliyinin elan olunmasının 242-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

Gemi.az-ın  APA-ya istinadla xəbərinə görə, ABŞ-ın Azərbaycandakı müvəqqəti  işlər vəkili Uilyam R. Qil tədbirdə çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb.

O bildirib ki, 242 il sonra da ABŞ 1776-cı ildə başladığı yolla irəliləməkdə qətiyyətlidir.

U. Qil Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə də toxunub: “Həm ABŞ, həm Azərbaycan xalqı bilir ki, tarixi və əsas dəyərləri ehtiramla yad etmək bizə cəmiyyət olaraq davam etmək istədiyimiz yolu müəyyənləşdirməyə imkan verir.

ABŞ müstəqil, sabit, çiçəklənən Azərbaycanı dəstəkləməyə davam edir və əminəm ki, birgə işləyərək yaxşı gələcək qura bilərik və quracağıq".

Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov isə Azərbaycan  hökuməti adından ABŞ xalqını müstəqillik günü münasibətilə təbrik edib