Çap

Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı statistik göstəricilər açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

 

DIM

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb.

 

Gemi.az xəbər verir ki, DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanla bağlı müəyyən statistik göstəricilər 2017-ci ildə keçirilən analoji imtahanla müqayisəsi olunub.

 

Bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı 12387 nəfər olub. Ötən ilə isə 13081 bakalavr ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edib. Ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlardan 109 nəfər, bu il isə 146 nəfər imtahana gəlməyib. Xatırladaq ki, iki il bundan öncə isə bu rəqəm dəfələrlə artıq - 1695 nəfər idi.

 

Bal intervalları üzrə nəticələrin təhlili göstərir ki, ötən il imtahan iştirakçılarının 57.99 faizi (7523 nəfər) 51 və daha yuxarı bal topladığı halda, bu il həmin göstərici 49.73 faizə (6087 nəfər) bərabər olub. Həmçinin bu il  41 və daha yuxarı bal toplayanların faizi 77.67 (9508 nəfər), ötən il isə müvafiq göstərici 81.64 faiz (10591 nəfər) olub.

Bu il ümumilikdə 2733 nəfər (22.33 faiz) 40 və daha aşağı bal toplayıb. Ötən il isə müvafiq göstərici 2381 nəfər (18.35 faiz) olub.

Xatırladaq ki, imtahanın birinci mərhələsində bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir blok üzrə son 5 sual açıq formalı test tapşırıqlarından ibarətdir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrların hər düzgün cavabı bir balla qiymətləndirilir.

Qeyd edək ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri imtahandan bir gün sonra fevralın 26 da elan olunub.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə