Çap

Sorbon Universitetinin professoru İqtisad Universitetində təlim keçir

Tarix . Kateqoriya Xəbərlər

80a505275e5fc154416137c70933ff8e 

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) professor-müəllim heyəti üçün “Universitet Sistemində İnteraktiv Təhsil” mövzusunda təlimə start verilib.

 Gemi.az Lent.az-a istinadən xəbər verir ki, Universitetin mətbuat xidməti bildirib ki, təlim Paris Sorbon Universiteti – Abu Dabi professoru Florent Pratlong tərəfindən aparılır. ADİU-nun Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan təlimdə universitetin 100 müəllimi iştirak edir.
İqtisad universiteti müəllimlərinin müasir tədris bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil edilən təlimdə dərslərə hazırlıq metodikası, interaktiv tədrisin təşkili, tədrisdə İKT-dən istifadə imkanları və s. kimi mövzular keçiriləcək.
 Onu da qeyd edək ki, müəllimlər təlim zamanı tədrisin təşkilinin müasir metodlarına yiyələnəcək, keyfiyyətli tədrisin əsas prinsipləri haqqında məlumatlar əldə edəcək, həmçinin də sillabusların hazırlanması, tələbələrlə auditoriyadaxili və auditoriyadan kənar işin effektli qurulması mexanizmlərini öyrənəcəklər.
Təlim fevralın 1-dən 5-nə kimi davam edəcək. Təlimləri uğurla başa vuran müəllimlərə müvafiq sertifikatlar təqdim ediləcək.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə