Çap

Ölkəmizdə "2 Fevral Gənclər günü" qeyd olunur

Tarix . Kateqoriya Xəbərlər

hh

Bu gün ölkəmizdə "2 Fevral Gənclər günü" qeyd olunur.

Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

Bu məqsədlə başda nazir Azad Rəhimov olmaqla, gənclər və idman nazirliyin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanın ziyarət edib.

Gənclər və idman naziri Azad Rəhimov, nazir müavinləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri məzarlar üzərinə əklil qoyublar.  

 Azad  Rəhimov hər il olduğu kimi, bu il də bu bayramın yüksək şəkildə qeyd edildiyini bildirib. O, Azərbaycan gənclərinin fəaliyyətini yüksək qiymətləndirərək, keçirilən tədbirlər vasitəsilə bunun bütün dünyaya nümayiş olunduğunu vurğulayıb.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə