Çap

Tələbələrin informasiya texnologiyaları üzrə biliklərinin artırılması üçün yeni imkan

Tarix . Kateqoriya Xəbərlər

img1997446 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti informasiya texnologiyaları profilli ixtisaslar üzrə təhsil alan tələbələrin biliklərinin beynlxalq tələblərə uyğunlaşdırılması, bu sahədə resursların əhatə dairəsinin genişləndirilməsi məqsədilə bir sıra yeniliklərin həyata keçirilməsinə başlayıb. 2015-2016 tədris ilinin əvvəlindən bu istiqamətdə fəaliyyətə başlayan universitet AİSTGroup şirkətinin dəstəyi ilə ötən ilin son günlərində prosesin ilkin mərhələsi olaraq Oracle Academy, Cisco Academy və Microsoft Academy kimi qeydiyyat prosesini tamamlayıb.

Gemi.az-ın Trend-ə istinadən  məlumatına görə, eyni zamanda, mühəndislik sahəsində təhsil alan tələbələrin rəsmi lisenziyaya malik proqram təminatlarından faydalanması məqsədilə universitet tərəfindən Autodesk Academic Resource Center qeydiyyatdan keçirilib və nəticədə resurslardan rəsmi istifadə imkanı təmin edilib. Əlavə olaraq universitet tərəfindən akademiyalar çərçivəsində nəzərdə tutulmayan istiqamətlər üzrə imkanları genişləndirmək, bu sahə üzrə fəallığın artırılması, tələbələr arasında informasiya mübadiləsinin aparılması məqsədilə AZİİ-İTClub təsis edilib.

AZİİ-İTCluba üzv olmaq istəyən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri 01 fevral 2016-cı il tarixindən 25 fevral 2016-cı il tarixinə qədər asoiu.edu.az saytında “AZİİ-İTCluba qeydiyyat” formasını dolduraraq müraciət edə bilərlər. Təlimlər üçün nəzərdə tutulmuş yerlər məhduddur. Təlimlərdə iştirak etmək istəyən şəxslərin ilkin kompüter və başlanğıc səviyyədə texniki ingilis dili üzrə biliklərinin olması tələb edilir.

Tələblərə cavab verən tələbələrin seçimi məntiqi təfəkkürün yoxlanılması ilə həyata keçiriləcək. Hər təlim kursu üzrə ən yüksək nəticə göstərən ilk 20 tələbənin cəlb edilməsi nəzərdə tutulub. AZİİ-İTClub barədə tələbələrin məlumatlandırılması məqsədilə 20 fevral 2016-cı il tarixdə, saat 11:00-da görüşün keçirilməsi planlaşdırılır. Ətraflı məlumat almaq istəyən tələbələrin görüşdə iştirakı tövsiyə edilir.

Akademiyalar çərçivəsində reallaşdırılacaq təlimlər AİSTGroup şirkətinin beynəlxalq sertifikatlı mütəxəssislərinin iştirakı ilə həyata keçiriləcək.

Təlimlər nəticəsində tələbələrin bilik səviyyələrinin artırılması və beynəlxalq sertifikatlara yiyələnmələri məqsədilə nəzəri və praktiki məlumatların verilməsi təmin olunacaq.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə