Çap

"Birləşdirilən kolleclərdə ixtisar gözlənilmir"

Tarix . Kateqoriya Xəbərlər

d8e36db1f6544b57cc13a5ca0e08518d

Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli qərarına əsasən, orta ixtisas təhsili pilləsində tədrisin səmərə və keyfiyyətinin yüksəldilməsi zərurəti nəzərə alınaraq eyni və oxşar ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb.


Gemi.az-ın  Lent.az-a istinadən xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, Təhsil Nazirliyinin tabeliyində 45 kollec fəaliyyət göstərir. Bu kolleclərin ancaq 14-də bu proses gedib. C. Valehov əlavə edib ki, orta ixtisas təhsili müəssisələrinin optimallaşdırılması nəticəsində tələbələrin sayı azalmadığına görə müəllimlərin dərs yükü mövcud səviyyədə qalıb, müəllim ixtisarı gözlənilmir : “Yəni qəbul olunmuş qərar müəllimlərin fəaliyyətinə mənfi təsir göstərməyəcək. Təhsil Nazirliyinə bu qərarın icrası nəticəsində qənaət olunan maliyyə vəsaitinin kolleclərin infrastrukturunun gücləndirilməsinə yönəldilməsi, maddi-texniki bazasının təhsil sisteminin məqsədləri üçün istifadəsinin təmin olunması tapşırılıb”.

Nazirliyin ali və orta ixtisas təhsili şöbəsinin müdiri Natiq İbrahimov deyib ki, birləşdirilən kollecin rəhbəri yenə də müəssisə rəhbəri olaraq qalacaq, ancaq müəyyən qərarların verilməsində birləşdirildiyi ali təhsil müəssisəsinin rəhbərinin də mövqeyi rol oynayacaq.

Qeyd edək ki, qərara görə, 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə