Çap

İqtisad Universitetində dərsə davamiyyət elektron qaydada yoxlanacaq

Tarix . Kateqoriya Xəbərlər

 

248ab0f22b26ca7fd20a0dbbf9331159

İqtisad Universitetində (ADİU) 2015-2016-ci tədris ilinin ikinci semestrindən tələbələrin dərsə davamiyyəti elektron jurnal vasitəsilə olacaq.

Gemi.az-ın  Lent.az-a istinadən məlumatına görə, İqtisad Universitetində “Keyfiyyət ili” çərçivəsində reallaşdırılan elektron universitet layihəsinin tərkib hissəsi olan elektron jurnalın tətbiqi ilə əlaqədar müəllimlərə təlimlər keçilib. Belə ki, müəllim şəxsi kabinetindən elektron jurnal bölməsinə daxil olaraq ilk 15 dəqiqə ərzində tələbələrin dərsə davamiyyətini yoxlayacaq. Elektron jurnalda dərsin seminar və ya mühazirə olduğu da avtomatik olaraq göstəriləcək.
Bundan başqa, elektron sistem semestrin sonunda tələbənin dərsə davamiyyətini, seminar ballarının, imtahanaqədərki balların hesablanması və kollokviumların nəticələrini də avtomatik hesablamağa şərait yaradacaq. Jurnal ilk olaraq Maliyyə və mühasibat fakültəsi, SABAH qrupları, Beynəlxalq İqtisadiyyat Məktəbi və MBA departamentində tətbiq olunacaq. Tədris prosesində müasir texnologiyaların tətbiqi sahəsində həyata keçirilən yeniliklərdən biri olan bu sistem vasitəsilə bütün tədris prosesinin elektronlaşdırılması mümkün olacaq.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə