Çap

Litvada Xocalı soyqırımı ilə bağlı “Həyat üçün qan” adlı tədbir təşkil edilib

Tarix . Kateqoriya Xəbərlər

f9e6fb1647b9907eeae4e9e73de18e88

Azərbaycanın Litva səfirliyi, Litva Seymindəki Azərbaycanla Parlamentlərarası əlaqələr qrupu və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə Vilnüs şəhər Ratuşasında Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı “Həyat üçün qan” adlı tədbir təşkil edib. Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində reallaşıb.

Gemi.az Apa-ya istinadən xəbər verir ki, Litvanın sabiq dövlət başçısı Vitautas Landsberqis, Seymin deputatları, TEAS-ın Strasburq nümayəndəliyinin rəhbəri Eliza Pieter, və digər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən səfir Həsən Məmmədzadə, Vitautas Landsberqis, Litvanın Geosiyasi Araşdırmalar Mərkəzinin eksperti Viktor Denisenko, Eliza Piter Xocalı soyqırımının tarixi haqqında danışıblar.

Çıxışlardan sonra Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı video-çarx nümayiş olunub. Tədbir iştirakçıları Xocalı soyqırımının qurbanlarının xatirəsinə Litvada qanazlığından əziyyət çəkən insanlar üçün qan veriblər.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə