Çap

12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələrə başlanılıb

Tarix . Kateqoriya Xəbərlər

12il

Martın 9-da Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələrə həsr edilmiş “Dəyirmi masa” keçirilib.
Müzakirələrdə Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçiləri və əməkdaşları, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan məktəblərin rəhbərləri iştirak edib.
Tədbirdə 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları barədə müzakirələr aparılıb.
Çıxış edənlər 12 illik ümumi təhsilə keçiddə məktəbəhazırlıq mərhələsi də nəzərə alınmaqla, ümumi təhsilin mümkün modelləri, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə ayrı-ayrı məktəblərdə təşkil edilməsi, proses üçün hazırlıq işlərinin aparılması və pilot mərhələnin tətbiq edilməsi, bununla əlaqədar ictimaiyyətdə aparılacaq maarifləndirmə işi zamanı əhəmiyyətli tərəflərin qeyd olunmasına dair təkliflər səsləndirilib.
Eyni zamanda Təhsil Problemləri İnstitutunda 12 illik ümumi təhsilə keçidin səmərəliliyinin müəyyən edilməsi üçün müvafiq tədqiqatların aparılmasının vacibliyi qeyd olunub.
Sonda 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə