Çap

“Gənclər və vətənpərvərlik tərbiyəsi” üzrə seçki keçirilib

Tarix . Kateqoriya Xəbərlər

secki

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Gənclər və vətənpərvərlik tərbiyəsi” qrupu üzrə seçki keçirildi.Gemi.az-ın  Lent.az-a istinadən  məlumatına görə, iclasa açıq səsvermə ilə Fəxrəddin Həsənzadə sədr, Fəridə İbrahimova isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edildi. Fəxrəddin Həsənzadə iclasda qeydə alınmış 77 QHT nümayəndəsindən 66-nın iştirak etdiyini deyib və təşkilati-texniki işlər haqqında məlumat verib.

Şura üzvlüyünə namizədlər “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin İdarə Heyətinin sədri Hacıyev Tamxil, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev və Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin icraçı direktoru Bəxtimşah Tağıyeva iclasda çıxış ediblər.

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Şahin İsmayılov (53 səs), Asim Vəliyev ( 26 səs) və Tamxil Hacıyev (15 səs) olub.

Qeyd edək ki, sabah “Səhiyyə, sağlamlıq və ekologiya” qrupu üzrə seçkilər keçiriləcək.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə