Çap

Mehriban Əliyeva xarici ölkə səfirlərinin xanımları ilə görüşdü

Tarix . Kateqoriya Xəbərlər

mehriban

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıdakı diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.

Gemi.az  Lent.az-a istinadən  məlumat verir ki, Mehriban Əliyeva ölkəmizdə akkreditə olunmuş diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirib.

Pakistanın Azərbaycandakı səfirinin xanımı, Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatının rəhbəri Asima Qayser görüş iştirakçılar adından çıxış edərək xalqımızın qonaqpərvərliyini xüsusi vurğulayıb. O, Azərbaycanda özlərini doğma evlərindəki kimi hiss etdiklərini bildirib. Asima Qayser deyib ki, rəhbərlik etdiyi təşkilatın əsas məqsədi onun üzvlərinin bir-biri ilə dost olaraq sosial və mədəni təbirlərdə iştirak etmək, Azərbaycanı daha yaxından öyrənməkdir.

Xanım Asima Qayser Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlərdən, həyata keçirilən layihələrdən danışdı. O, Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdi. Görüşə görə Azərbaycanın birinci xanımına təşəkkürünü bildirən təşkilatın rəhbəri belə görüşlərin ənənəvi olaraq keçirilməsini təklif etdi və Azərbaycan xalqına qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.

Mehriban Əliyeva diplomatik missiya rəhbərlərinin və onların həyat yoldaşlarının ölkələr arasında münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verdiklərini, bu görüşün əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün gözəl imkan olduğunu bildirib: "Azərbaycan, xüsusilə də paytaxt Bakı bu gün demək olar ki, dünyanın ən gözəl şəhərlərindən biridir. Burada rahat və çox gözəl həyat tərzi sürmək üçün bütün imkanlar var. Əminəm ki, siz ölkəmizin və paytaxtımızın tarixi ilə tanışsınız. Bakı özündə həm Qərb, həm Şərq mədəniyyətini, həm qədimliyi, həm müasirliyi birləşdirir. Yəqin ki, siz də bu şəhərdə yaşamağın ləzzətini duyursunuz. Fikrimcə, hər yerdə olduğu kimi, Azərbaycanda da insanların qəlbində olan münasibət ən əsas məqamdır. Ölkələrimiz arasında olan münasibətlərin möhkəmlənməsi işinə siz də böyük töhfə verirsiniz. Əminəm ki, görüşdə iştirak edən bütün səfirlərin xanımları və səfirlər Azərbaycan ilə öz ölkələri arasında əlaqələrin daha da möhkəm, daha da geniş, daha da sıx qardaşlıq əsasında qurulmasında səylərini göstərirlər".


Sonra çıxış edən Niderlandın ölkəmizdəki səfirinin xanımı Ursula ÇEHNER təşkilatın xeyriyyə layihələrindən danışıb. Heydər Əliyev Fondunun prezidenti bu sahədə bir çox işlərin görülə biləcəyinə əminliyini bildirib, həmçinin Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatının layihələrini dəstəkləməyə hazır olduğunu qeyd edib.

Görüş çay süfrəsi arxasında gələcəkdə reallaşdırılması mümkün olan layihələr, görüləcək işlərlə bağlı söhbətlə davam etdirilib.

Sonda xatirə şəkli çəkdirilib. Diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarına Novruz sovqatları təqdim olunub.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə