Çap

Rus bölməsinin abituriyentlərinin nəzərinə!

Tarix . Kateqoriya Xəbərlər

sabah qruplari imtahan 3

Ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olmaq istəyən abituriyentlər üçün keçiriləcək “Azərbaycan dili” fənnindən test imtahanında iştirak etmək üçün aparılan qeydiyyat 31 mart saat 23:59-da başa çatır.
Qeyd edək ki, həmin imtahanda iştirak etmək üçün qeydiyyat martın 1-dən 31-dək internet vasitəsilə aparılır.

Rus bölməsinin abituriyentləri qeydiyyatdan keçmək üçün TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərməklə əldə etmək olar. Rus bölməsinin abituriyentləri iş nömrəsi və şifr əldə etdikdən sonra TQDK-nın internet saytının müvafiq səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Həmin abituriyentlərin əldə etdikləri bu ödəmə kartındakı iş nömrəsi və şifrdən elektron ərizə qəbulunun bütün mərhələlərində istifadə olunacaq. TQDK-nın ikinci ödəmə kartını əldə etməyə ehtiyac olmayacaq.

Qeyd edək ki, rus bölməsinin abituriyentləri üçün 1-ci Azərbaycan dili imtahanı mayın 1-də, 2-ci Azərbaycan dili imtahanı isə iyulun 12-də keçiriləcəkdir.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə